Zərdabda torpaqlar talan olunur

Zərdabda torpaqlar talan olunur

“Vətəninfo.az” internet portalına , Zərdab səhəri, Zərdabi kuçəsi 5 saylı dalanın 2 saylı evdə yasayan Hüseynov O. Y. oğlu tərəfindən muraciət

 2012 -ci ilin yaz yağışları və  kür cayının daşması zamanı evimizə çox ciddi ziyan dəymişdi və 2 otaqdan ibarət olan evimizin bir tərəfi çökmüş, divarlarda çatlar əmələ gelmiş, evimizin altinda uzun muddət su qaldiğından döşəmə və pol çürüyüb sıradan çıxmışdır ki , bu səbəbdən  də evdə  və balkonda gəzərkən möhkəm silkələnir və belə davam edərsə tezliklə tamam çokəcək.  Eviimiz 60 il bundan qabaq  çiy kərpic və qamışıdan tikilmişdir ki, mövcud vəziyyətimiz ilə əlaqədər olaraq  2010- ci ilin may ayından başlayaraq  yerli icra aparatından tutmuş aidiyyatı  mərkəzi  hökmət orqanlarının  böyük əksəriyyətinə  müraciət etməyimizə baxmayaraq , bu günədək harayımıza hay verən tapılmır . Ən yaxsi halda FHN - yi yazir ki,  müraciətimiz baxılmaq üçün  yerli icra hakimiyyətinə göndərilir  vəssalam. Elə bil müraciət quyuya düsür .  Onu da qeyd edim ki, 2012 -ci ilin yayında hökumət tərəfindən  kompensasiyalar paylanarkən, bizə də 1000 manat  məbləğində  pul vermişdilər ki, o da polun ve suvağın təmirinə güc – bəla ilə çatmışdı və  bu məbləğ  bziə dəymiş ziyandan 50 -60 dəfə azdır. Evimizin alt hissəsi keçən ilin yay aylarında da, tam qurumadığı üçün evə girmək mümkün deyildi və üfunət iyi verir. Hörmətli “Vətəninfo.az”  Zərdab şəhərindəki çatışmamazlıqları istəyirəm ki, nəzərinizə çatdıram.   2010 - cu ildəki daşqınlar zamanı Zərdab bələdiyyəsində müavin işlədiyim üçün və daşqından əziyyət çəkən insanlara kömək üçün yaradılmış FK-nin işində əvvəldən axıradək iştirak etmişəm. Ancaq kompensasiyalar paylanarkən və evlər tikilib paylanarkən şahidi olduğum çox ciddi qanun pozuntuları,insan haqlarının kobud şəkildə pozulması hallarının şahidi olduqda,bu hala dözə bilmədim və bələdiyyədə işləməkdən imtina etdim.Zərdabda haqları pozulmuş insanların üzünə baxa  bilmirdim,xəcalət çəkirdim. Paytaxtan dəvət olunmuş müxtəlif nazirlik,deputat və telekanalların nümayəndələrinin iştirakı ilə şahidi olduğumuz və çəkilib televiziyada dəfələrlə nümyiş etdirilmiş (evəd yaşamaq çox təhlükəlidir) insanlar qaldı kənarda, evlər və kompensasiyalar (Zərdabda 20 ildi ) yaşamayan, daşdan təzə evi olan,həyətində su qalmayan insanlara verildi. Kompensasiyalar verilmiş və evlər hədiyə edilmiş insanlar o şəxslərdirlər ki,onlar kimlərinsə dostu və  sarəsidir.  Artıq Zərdabda insanları başlayıblar çeşidləməyə .  Bir sözlə əgər kasıbsansa , adamın yoxdusa, heç olmasa ucadan danışa bilmirsənsə, deməli axırıncı yerdəsən. Ailə vəziyyətləri və ilk növbədə də evləri uçmaq təhlükəsi ilə üz-üzə qalmış bir sıra zərdablıların həyətlərindən çəkilib hazırlanmış videosujetləri sizə göndərir və bizlərə kömək göstərmənizi xahiş edirik. Hazırda qeyd etdiyim kimi Bələdiyyə üzvü olduğum üçün yaxından tanış olduğum digər bir məsələni (maraqlı) də qeyd edtmək istəyirəm. Fərdi yaşayış evi tikmək üçün 400-dən çox  zərdablı, Zərdab Bələdiyyəsinə müraciət (son 5 ildə) etdiyi halda demək olar ki, rəsmi müraciət etmiş şəxslərin heç birinə torpaq sahəsi ayrılmadığı halda, torpaqlarZərdabda  qeydiyyatda olmayan insanlara (bir hissəsi),digər hissəsi isə rəhbər işcilərə və onların yaxın qohumlarına paylanır.Zərdabda danışılır ki, yeni salınan massivdə  (varlılar məhəlləsi)  yaradılır ki, həmin ərazidə Zərdab vətəndaşlarına yer yoxdur, ona görə ki, onlar çeşidlənməkdə axırıncı yerləri tuturlar. Torpaqları iri məmurlara 2 pay (12 sot),xırda məmurlara  bir pay (6 sot) hesabı ilə paylanılır. Adınıda qoyurlar ki, hərrac yolu ilə verilib həmin məmurlara torpaqlar. Sizlərdən sonda istəyimiz səsimizi internet portalı vasistəsi ilə dövlər orqanlarına çatdırmaq bizə kömək etmənizdi.

 Imza:    O. Huseynov

              17 may 2012-ci il 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az