“Zerkalnı” nömrələr hərraca çıxarılacaq

“Zerkalnı” nömrələr hərraca çıxarılacaq
Yaxın gələcəkdə avtomobillər üçün bəzi dövlət qeydiyyat nişanları (nömrələri) artıq hərrac yolu ilə satılacaq.

Miq.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə yazan yol təhlükəsizliyi məsələləri üzrə ekspert Ərşad Hüseynov bilddirib ki, 001, 100, 111, rəqəmləri olan nömrələr üçün hərf və rəqəm kombinasiyasından asılı olaraq, 500-2500 manat arasında xüsusi rüsum nəzərdə tutulur:
""Dövlət rüsumu haqqında" Qanuna edilən son dəyişikliyə əsasən, yaxın gələcəkdə Prezident tərəfindən həm hərrac qaydaları müəyyən ediləcək, həm də hansı nömrələrin hərracla satılacağı göstəriləcək. Belə güman etmək olar ki, təkcə göstərdiyim üç variantda rəqəmləri olan nömrələr deyil, bəzi başqa nömrələr də hərracla satılacaq.
Eyni zamanda adi nömrələr üçün nəzərdə tutulan 22 manat rüsum artıq 35 manat olacaq.
Qanun bu gün dərc edilsə də, hələ tətbiq edilə bilməyəcək, çünki yeniliklərin tətbiqi üçün həm "Yol hərəkəti haqqında" Qanuna da dəyişiklik edilməlidir, həm də qeyd etdiyim hərrac qaydaları hazırlanaraq Prezident fərmanı ilə təsdiqlənməlidir".
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az