Zibildən hazırlanan 1700 dollarlıq paltar

Zibildən hazırlanan 1700 dollarlıq paltar

Kuala-Lumpurun 16 yaşlı sakini Surayya Mon Zairin qeyri-adi don yaradıb. Şedevrinin yaradılması üçün o zibilxanadan yıgılmış 4 min çay paketindən istifadə edib. Unikal paltar Kuala-Lumpurda keçirilən Green Awards mərasimində birinci yerə layiq görülüb. Çay paketindən hazırlanmış paltara görə Surayya Mon Zairin kubok və 1700 dollar mükafat alıb. Qeyri-adi paltarın hazırlanmasına tələbə qız 3 ay vaxt sərf edib. Bu işdə ona dostları da kömək edib.  



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az