Cəzaçəkmə müəssisəsində qətl - Məhkum məhkumu vurdu
Cəzaçəkmə müəssisəsində məhkum məhkumu qətlə yetirib.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata bildirilib ki, 2 saylı Cəzaçəkmə Müəssisəsində məhkumluq həyatı yaşayan Həsən Əliyevlə
digər məhbus Famil Hüseynov arasında mübahisə baş verib.
Mübahisə nəticəsində Famil Hüseynov yeməkxanadan götürdüyü bıçaqla Həsən Əliyevi qətlə yetirib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır(ANS).
Onu da xatırladaq ki, dünən də həbsxanada cəza çəkən məhkum vəfat edib. Belə ki, Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavininin həyat
yoldaşını qətlə yetirən Əlaqif Abbasov qəflətən dünyasını dəyişib.
Ədliyyə Nazirliyindən isə ölən şəxsin
nazirliyə məxsus Müalicə Müəssisələrindən birində ürək
çatışmamazlığından, böyrək xəstəliklərindən və başqa bir neçə xəstəliyə
görə müalicə olunması bildirilib. Onun meyiti məhkəmə tibbi ekspertizasına göndərilib, məhkumun ölmə səbəbləri müəyyən edildikdən sonra ailəsinə təhvil verilib.