14 yaşlı məktəbli qız özünü binadan atıb öldürdü

14 yaşlı məktəbli qız özünü binadan atıb öldürdü

Azərbaycan paytaxtında məktəbli qız intihar edib.

Bakının Nəsimi Rayon Polis İdarəsindən verilən məlumata görə, sentyabrın 20-də rayon sakini, 2001-ci il təvəllüdlü Nəzrin Rəhman qızı Məmmədova yaşadığı binanın 5-ci mərtəbəsindən özünü atıb. O, ailə üzləri tərəfindən təcilli olaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, yeniyetmə qızın həyatını xilas etmək mümkün olmayıb və o, aldığı xəsarətdən xəstəxanada ölüb.

İntihar edən qızın orta məktəbdə oxuduğu bildirilir.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

 APA


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az