“WhatsApp”dan daha bir yenilik

“WhatsApp”dan daha bir yenilik
"YouTube” videosunu dəstəkləyəcək

Populyar "WhatsApp” messenceri proqramda "YouTube” videosunu dəstəkləməyə başlayacaq.

İstiPress xəbər verir ki, məlumata görə, mütəxəssislər proqramın keçid etmədən videoçarxların "YouTube” videohostinqindən birbaşa messencerdə göstərilməsi kimi gizli funksiyasının olduğu növbəti versiyasının sınaqlarına başlayıblar. Yeni funksiyadan hazırda əlavənin 2.17.40 versiyasının istifadəçiləri yararlana bilərlər. Videoçarxlar bilavasitə proqramda açılır və "WhatsApp” istifadəçilərinin əlavə proqramlardan istifadəsinə ehtiyac qalmır.

Bundan əlavə, beta versiya istifadəçiləri "YouTube”dan çarxın göstərilməsini dayandırmadan açıq videonu idarə etməklə pəncərənin ölçüsünü dəyişə, onu gizlədə və ya tam ekranlı rejimdə aça bilərlər. Lakin hazırda yalnız "iOS” əməliyyat sistemli qurğular üçün nəzərdə tutulan funksiya "iPhone 6” modelindən başlayan smartfonlarda işləyir. "Android” və ya "Windows Phone” sistemlərinin idarəetməsi ilə işləyən qurğular hələ ki, bu imkandan məhrumdur.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az