45 dərəcə istidə işləyib infarkt olan AZFEN-in işçisindən-ŞİKAYƏT

45 dərəcə istidə işləyib infarkt olan AZFEN-in işçisindən-ŞİKAYƏT

Miq.az-ın redaksiyasına  Muxtarov İsmayıl tərəfindən daxil olmuş AZFEN rəhbərliyi haqqında yazılmış şikayət məktubunu oxuculara təqdim edirik: 

Hörmətli  Həmid  müəllim! Sizin və Dövlət Əmək Müfəttişliyi əməkdaşlarının  fəhlələrin  qayğısına  qalmağına  heç  bir şübhəm yoxdur. 

Sizin yazdığınıza görə, DƏM dərhal hadisədən məlumatlanıb. Ona  görə də 1 epiqrazda göstərilmişdi  ki, xəstə evdən gəlib? Mən faktiki olaraq 45 dərəcə istidə işləməyə məcbur olduğum üçün  infarkt keçirib II qrup əlil oldum. Sizin kadrlar rəisiniz  mənə ərizə yazıb çıxmağı məcbur edəndə, mən ombudsmana  müraciət  etdim. Məni şikayətdən sonra  işə dəvət etdilər. Vəziyyətim ağır olsa da,  maddi imkansızlıqdan işi qəbul etdim. İşə getmək istəsəm də, vəziyyətim qəfildən pisləşdi.  
Sizin  mənim  üçün təşkil etdiyiniz  isə Muğan Kürdəmirdə  yerləşən, həftədə 70 saat istirahətsiz işləməyə  gedə bilmədim. Bundan istifadə edib, kadrlar üzrə rəisiniz xəbərdarlıq etmədən məni işdən çıxartdı. İşdən  çıxararkən  heç bir  təzminat  belə ödəmədi. Hörmətli Həmid müəllim,  mən işə  girərkən  həyat və tibbi sığortam olub, lakin nədənsə  kimin marağının ucbatından heç nə köməklik görmədim. Bəli, Nazirlər Kabinetinin belə bir  qərarı var. Araşdırmalı idiki  hadisə iş vaxtı olub, ancaq sizin əməkdaşlar və əmək müfəttişinin təşkil etdiyi 1 epiqrazlə  bütün yazdığım  ərizələr rədd olunur. ƏƏSMN  rəis müavini Anar müəllim ərizələrimi oxumadan rədd cavabı verir. 

Nəzərinizə çatdırıram ki, hüqüqlarımın müdafiəsi üçün bütün mətbuat nümayəndələrini toplayıb mətbuat konfransı keçirəcəyəm.

Hələlik Miq.az saytı vasitəsilə sizə çikayətimi çatdırdım. Əgər mənim problemlərimə əhəmiyyət verməsəniz, ən yuxarı dairələrə belə şikayətlərimi ünvanlayacam.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az