60-dan çox hərbi maşın ABŞ-ın Suriyadakı bazasına gəldi
Beynəlxalq koalisiyanın 60-dan çox hərbi maşını İraqdan Suriyanın şimal-şərqindəki Qamışlı bölgəsindəki Amerika hərbi bazasına gəlib.
Report-un məlumatına görə, bu barədə Suriyanın dövlət televiziyası mənbəyə istinadən xəbər verib.
Bundan əvvəl, Suriya dövlət agentliyi SANA-nın verdiyi məlumata görə, ABŞ hərbçiləri Suriyanın şimal-şərqində İraq istiqamətində yerləşən iki bazanı tərk edib.
Mənbənin sözlərinə görə, zirehli maşınlar və maddi-texniki təchizat daşıyan 60-dan çox avtomobil Kamışlı bölgəsindəki Amerika hərbi bazasına gəlib.
Qeyd olunub ki, bir sıra hərbi maşınlar bazaya gəlmək üçün İraqla sərhəddəki "qanunsuz sərhəd keçidi”ndən istifadə ediblər.
Miq.Az