ABŞ nüvə müharibəsinə hazırlaşır - TƏHLÜKƏLİ HƏMLƏ

ABŞ nüvə müharibəsinə hazırlaşır - TƏHLÜKƏLİ HƏMLƏ
ABŞ təlimlərdə iştirak etmək üçün Böyük Britaniyaya "Boeing B-52” strateji bombardmançısını göndərib.

 "RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın Avropada və Afrikadakı silahlı qüvvələrinin komandanlığının saytında bildirilir.

Bombardmançı "Ample Strike 19”, "Cobra Warrior” və "NATO Günləri" təlimlərində iştirak edəcək. Avqustun sonunda isə Birləşmiş Ştatlar Böyük Britaniyaya iki strateji bombardmançı - gözəgörünməz "B-2 Spirit” göndərmişdi.

Qeyd edək ki, "B-52”lər 1952-1962-ci illərdə strateji bombardmançı kimi istehsal edilirdi. Bombardmançılar SSRİ-nin istənilən nöqtəsinə böyük gücü olan iki istilik-nüvə bombası çatdırmağa qadir idi. "B-52” bu gün Amerika Hərbi Hava Qüvvələrinin əsas uzaq bombardmançı təyyarəsidir.(Publika.az)
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az