Afrində 3291 terrorçu məhv edildi: Daha 5 kənd azad edildi

Afrində 3291 terrorçu məhv edildi: Daha 5 kənd azad edildi

Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin rayonunda "Zeytun budağı” əməliyyatını davam etdirir.

Əməliyyatların 50-ci günündə 96 terrorçu məhv edilib.

Bununla da əməliyyat başlayan gündən bu yana öldürülən terrorçuların sayı 3291-ə çatıb.

Məlumata görə, Afrinin Kastel Keçik, Qara Təpə, Xalidiyə, Culbul və Kane Kauer kəndləri terrorçulardan tamamilə təmizlənib.

Qeyd edək ki, "Zeytun budağı” əməliyyatı yanvarın 20-də başladılıb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az