“Ailəmin, övladlarımın olmasını istərdim”

“Ailəmin, övladlarımın olmasını istərdim”

Vətəninfo.az  prodüsser Tolikin "ailem.az"-ın  “O...”-lar  Yeni rubrikasına  verdiyi müsahibəni təqdim edir

Şəxsiyyət vəsiqəsində adı Tarix Əliyev kimi yazılsa da, hamı onu Tolik kimi tanıyır. Özünün ekstravaqantlığı, çılğınlığı, cəsarəti və səmimiyyəti ilə fərqlənən biridir.


Prodüsserlər arasında fərqli düşüncəsi, davranışı ilə seçilir.

Hansı müğənni ilə çalışırsa, o müğənni uğur qazanır.

Bütün bunları nəzərə alaraq, Ailem.az-ın “O...” rubrikasının ilk qonağı kimi Toliki seçdik. Rubrikada suallarımızla “O...”nun, ya da onların həyata baxışına, dünya görüşünə, təfəkkürünə, seçimlərinə işıq tutmağa çalışacağıq.

- Sevgi, ya qarşılıqlı hörmət?

- Məncə, insan birinci hörmət etməyi bacarmalıdır.

- Subaylıq, yoxsa evlilik?

- Ailə gözəl hissdir, gözəl ailəmin olmasını istəyərdim, ən əsası isə övladlarımın.

- Röya Ayxan, yoxsa Aygün Kazımova?

- Röya həyatımda bugünkü günümə körpü olub, amma Aygün mənim ən pis vaxtımda yanımda olan insan olub. İndi isə Sevda Yəhyayeva deyirəm.

- Prodüser, ya müğənni?

- Fərq eləmir, əsas odur ki, insanlığını itirməyəsən.

- Toy, yoxsa konsert?

- Müğənni toyla insanların ağlında qalmır, təbii ki, konsert.

- Qadın, yoxsa kişi müğənni ilə işləmək?

- Mən hər ikisi ilə işləyirəm, amma qadınla işləmək daha asandır.

- Evdə qadının, ya kişinin sözü keçməlidir?

- Ailədə qarşılıqlı anlayış olmalıdır, qadın evin bankiridir.

- Muğam, ya pop?

- Mən özüm pop ifaçıları ilə işləyirəm, muğama qulaq asmıram.

- Qadın, yoxsa kişi sürücü?

-Sürücü kişi olsa, yaxşı olar, qadınlar bir az ləng olurlar.

- Evdə, yoxsa restoranda romantik yemək?

-Evdə elə romantika yaratmaq olar ki, onu heç bir restoran abu-havası əvəz edə bilməz.

- Kənd, ya şəhər?

- Kəndin havası, şəhərin şəraiti.

- Yeni il, yoxsa Novruz bayramı?

- İndi yeni ilin elə də marağı qalmayıb, Novruzda bir az insanlar daha çox qaynayırlar.

- 14 fevral, yoxsa 30 iyun?

- Məncə, 30 iyun - iki sevginin gücü. Fərizə sübut etdi ki, “Leyli və Məcnun” olub və onlar kimi sevənlər var.

- Bişirmək, ya yemək?

- Yemək bişirə bilmirəm.

- Pəhriz, ya nə gəldi yemək?

- Pəhriz. Nə gəldi yemək düzgün deyil.

- Bağışlamaq, yoxsa nifrət?

- Allah bağışlayandırsa, bəndə kimdir ki, bağışlamasın.

- Sizin qayğınız, yoxsa sizə qayğı?

- Valideynlərimizə qayğı sonsuz olmalıdır, amma kənardan qayğı görmək çox yaxşı hissdir.

- Hədiyyə, yoxsa bir söz yetər?

- Elə söz var ki, min süni hədiyyədən yaxşıdır.

- Kitab, ya jurnal?

- Hərəsinin öz yeri var, amma jurnallara daha çox öz müsahiblərimə görə baxıram.

- Film, yoxsa serial?

- Serial - “Möhtəşəm yüz il”.

- Teatr, ya kinoteatr?

- Teatr. Aktyorların canlı performansı.

- Sonda, olum ya ölüm?

- Allah bizi yaradıb, sonda ölüm də nəsib edəcək.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az