ALSU :“Azərbaycanlı oğlanlar yaraşıqlı vəseksualdırlar!”

ALSU :“Azərbaycanlı oğlanlar yaraşıqlı vəseksualdırlar!”

Rusyanın məşhur estrada ulduzu  Alsu Safina  Rusiya  Dövlət Dumasınım üzvü, böyük bir futbol  klubunun sahibi, oliqarx Ralif  Rafaloviç Safinin qızıdır.  Onun həyat yoldaşı  Yan Abramov isə məşhur bankir Rəfael Abramovun oğludur. Yer gəlmişkən, Yan 1977-ci ildə Bakı şəhərində anadan olub. Onların  2006-cı ilin     18 martında baş tutmuş toy mərasimi olduqca təmtəraqlı keçib. Rusiyada onların nigahını “bütün mafioz nigahların atası” adlandırırlar.  Alsunun təntənəli toy şəkillərinə demək olar ki, heç yerdə  rast gəlinmək mümkün deyil. Baxmayaraq ki, toy məclisindən bir  paparasiya üçün 5 min dollar təklif olunub. Hal-hazırda cütlüyün birgə nigahdan iki qız övladları dünyaya gəlib.


Alsu musiqi karyerasına 1998-ci ildə lentə aldırdığı  “Qış yuxusu” və “Hərdən” mahnıları ilə başlayıb və bu mahnılar ona böyük uğurlar gətirib. Az sonra, yəni 2000-ci ildə beynəlxalq “Evrovizion” müsabiqəsində iştirak edən Alsu ifa etdiyi “Solo”mahnısı ilə müsabiqənin ikincisi olmaqla daha bir uğura imza atır. Ümumiyyətlə, Alsunun sənət bioqrafiyası mükafatlar kolleksiyası baxımından zəngin sayıla bilər. Belə ki, o, 1999, 2002,  2003,  2011-ci illərdə “Qızıl qrammofon”,  2003-cü ildə ildə  isə Muz.TV-nin  mükafatlarına,  2000-ci ildə Tatarıstan Respublikasının əməkdar, 2010-cu ildə xalq artisti,  2011-ci ildə “Sülh naminə YUNESKO-nun artisti”  fəxri adına layiq görülmüşdür.


Parlaq istedadı ilə yanaşı Alsu özünəməxsus şıltaqlıqları, gözlənilməz açıqlamaları ilə də fərqlənən bir müğənnidir. O, mediyaya açıqlamalarının birində azərbaycanlı müğənni Ramaldan xoşu gəldiyini, hətta onunla yatmaq istədiyini bildirmişdi. Bu xəbər Rusiya və Azərbaycan mətbuatında sürətlə yayılıb.              Az sonra, yəni  bu ilin iyun ayında Bakıya gələn müğənninin  ad gününü burada qeyd etməsi, ad günü məclisinə Ramalı da dəvət etməsi və məclisdən sonra onunla birlikdə otelə yollanması, bu xəbər ətrafında gedən söz-söhbətlərin daha da dərinləşməsinə səbəb olub. Məsələ o yerə çatıb ki, Alsunun həyat yoldaşı rusiya mediasından onun azərbaycanlı müğənni Ramal Əsədzadəylə olan sevgi macərası barədə xəbərlərin dayandırılmasını istəyib. Ancaq məsələyə Rusiya mediasından sərt cavab gəlib. OnlarYana belə bir sua lünvanlayıblar:


"Bəs, arvadın azərbaycanlı müğənniylə yatmaq istəməsi barədə müsahibə      verəndə harada idin, ay biqeyrət? Bundan başqa Alsu Azərbaycana gedib,       həmin azərbaycanlı müğənni ilə görüşəndə harada idin?"
Müğənni özü də bu ehtiyatsız açıqlamasının ona baha başa gəldiyini nəhayət ki, anlayıb. O  etiraf edib ki,  “telekanalların birində cox sevdiyim, ikinci vətənim adlandırdığım Azərbaycan təəssüratlarımdan danışırdım. Eyni məclisdə olduğum azəri müğənni Ramal Əsədzadəyə kompliment deməyim mənə baha başa gəldi. Artıq bir müddətdir Rusiya və Azərbaycanda bu barədə çox danışılır. Və bu məni çox narahat edir. Mən pozğun qadın deyiləm. Rusiya mediası həyat yoldaşımı təhqir edib və bu mənə çox pis təsir edir. İstəməzdim olmayan münasibət haqqında bu qədər danışılsın. Biz sadəcə onunla dostuq. Və artıq bu məsələnin bağlanmasını istəyirəm”.
Yeri gəlmişkən ikinci vətəni saydığı Azərbaycanın oğlanlarına olan simpatiyasını da gizlətməyib :  “Bir daha azərbaycanlı oğlanlarının necə yaraşıqlı və seksi olduqlarını gördüm !”


          



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az