"ARMYmarket" əhatə dairəsini genişləndirir


1991-ci ilin oktyabr ayının 18-də Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Ordu quruculuğuna start verildi. Lakin, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, Xocalı soyqırımı, bəzi şəhər və rayonlarımızın işğalı Azərbaycan Silahlı Qüvvələrinin daha da formalaşmasına imkan vermədi.
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra Ordu quruculuğuna daha çox diqqət ayrıldı. Bu gün fərəhlə qeyd etmək olar ki, Azərbaycan Ordusunun büdcəsi, Ermənistanın dövlət büdcəsindən ən azı 3 dəfə çoxdur.
2012-ci il iyun ayının 9-da Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsinin ərazisində, "Avtovağzal" Komleksiinin yaxınlığında "ARMYmarket" mağazası əhalinin istifadəsinə verildi. I qrup əlil Seyfəddin Qasımov, onun ortaqlarından olan Bəxtiyar Əsgərov və digərləri fərqli bir şəbəkə yaratmağı qarşılarına məqsəd qoymuşdular. Ötən müddətdə bu Marketin 3 filialı açılıb ki, bu da Seyfəddin müəllim və onun ətrafına topladığı komandanın qazandığı uğurlardan xəbər verir. 

Novruz bayramı ərəfəsində "ARMYmarket"in 4-cü filialının açılış mərasimi oldu. Mərasimi "Tərəqqi" medalının mükafatçısı, müharibə veteranı Şamil Sabiroğlu açdı. O, Marketin ətrafına toplaşmış insanlara Seyfəddin Qasımov və onun ətrafında çalışan insanların gərgin zəhmətləri hesabına həyata keçirilən uğurlardan danışdı. 


"ARMY"Super Maketin sahibi, I dərəcəli əlil Seyfəddin Qasımov dedi:

-Biz, 5 il öncə nəinki Qafqazda, həmçinin Aropada ticarət sahəsində böyük uğura imza atdıq. Belə ki, Marketdə Azərbaycan Silahlı Qüvvələrinin ab-havasını yaratdıq.Marketə qəbul edilən bütün işçilər milli vətənpərvərlik mövzusunda dərs keçilir.Onlar Azərbaycan Ordusunun geyim formalarında əhaliyə xidmət göstərirlər.Biz, 26 iyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələr günü çox maraqlı kampaniya təşkil edirik.Bundan başqa, şəhid ailələri alış-veriş etdikdə daim endirimlər həyata keçirilir.

Marketin əməkdaşlarından Günay Məmmədova, Yaqub Qasımov və başqaları çıxış edərək yeni yaradılan filialın əməkdaşlarına uğrlar arzuladılar.
Daha sonra "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin fəxri üzvü, bədii qiraət ustası Rüfət Şahbazoğlu "Azərbaycan" şeirini söylədi.
Sahibkar Seyfəddin Qasımov Supermarketin 4-cü Filialının açılışını bildirən qırmızı lenti kəsdi.
İnsanlar, musiqi sədalarının altında Marketə daxil oldular.Alış-veriş başlandı.Biz, bir neçə müştəri ilə həmsöhbət olduq.
Gülarə Şahsuvarova, Bakı şəhər sakini:-Mən, Biləcəri qəsəbəsində yerləşən "ARMYMarket"in sahibi Seyfəddin müəllim və onun işçilərinə xüsusi təşəkkür edirəm.Ona görə ki, onlar əhalinin imkansız təbəqəsinin də ehtiyaclarının ödənməsinə müəyyən dəstəyi göstərirlər.
Babək Qoca, Bakı şəhər sakini, "Sebilife" şirkətinin əməkdaşı, müharibə veteranı:-Burda gördüklərimdən çox məmnunam.Çünki Marketdə fərqli dizayn var. İçəridə milli vətənpərvərlik ab-havası var.

İmarət Qəhrəmanova, Xocalı rayonunun Cəmilli kəndindən məcburi köçkün: Mən də Seyfəddin Qasımov başda olmaqla marketin bütün işçilərini bu uğur münasibətilə təbrik edirəm.Sevinirəm ki, Azərbaycanın Seyfəddin Qasımov, Bəxtiyar Əsgərov, Əli müəllim kimi vətənpərvər və qeyrətli övladları var.
...Biz Marketdə müharibə veteranı, burda dizayn işlərilə məşğul olan Bayram Bayramovla da görüşdük.O, bildirdi ki, ötən ilin aprel döyüşləri zamanı Seyfəddin Qasımovun ön cəbhəyə köməyi sayəsində baş verə biləcək itgilərin qarşısı xeyli alındı.Sevinirəm ki, "ARMYMarketin"4-cü filialının qurulmasında mənim də müstəsna xidmətlərim var.
Dəyərli dostlar, Siz, Biləcəri qəsəbəsində, "Avtovağzal"Komleksinin yaxınlığında yerləşən "ARMYMarket"in Baş ofisinə, habelə, Biləcəri qəsəbəsində, "Ağsaray" şadlıq sarayının və Bakıda, Xalq Şairi Səməd Vurğunun heykəlinin yaxınlığında, Nizami küçəsi, 90-da yerləşən "ARMYMarket" ticarət şəbəkəsinə gəlməklə əsl həqiqətin şahidi ola bilərsiz.
Bizə isə, Marketin bütün işçilərinə uğur diləmək qalır.
 
Şamilə Şamilqızı
Əvəz Almədətov
Fotolar: Arif İbrahimova məxsusdur
 
Miq.Az
 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az