Azər Nəsibov yeni protejesi üçün Gövhər Həsənzadədən mahnı istədi

Azər Nəsibov yeni protejesi üçün Gövhər Həsənzadədən mahnı istədi

Vətəninfo.az  xəbər verir ki, şoubiznesə yeni addım atan gənc ifaçı Müşfiq Mahmudov medianı başına toplayıb,yeni klipini təqdim etdi. Nümayiş olunan Klipin rejissoru Rəhman, operator işi  Deleeyə, montajı Səidə aiddir. Yayın hitlərindən olacaq "Mənə nə"nin klipində müğənninin tərəf müqabili İTV-nin aparıcısı, model Brilliant Bəhmənovadı. Klipgördüsünə sənət əhli də gəldi.Nisə Qasımovanın xeyir-duasi  təqdimata xüsusi rəng qatdı.


Qeyd edək ki, Müşviq Mahmudov xalq artisti Samir Cəfərovun tələbəsidir. Müğənninin müəllimi səfərdə olduğundan təqdimatda iştirak edə bilmədi.
“Mənə nə” adlanan mahnının sözləri və musiqisi jurnalist Azər Nəsibova məxsusdur.Onu da vurğulayaq ki, Azər bir çox mahnilarin söz və musiqi yazarıdır. İlk dəfə ictimaiyyətə onun mahnısını təqdim edən isə müğənni Xatun olub. “Qara nöqtə” adlanan mahnı Xatuna daha çox parulyarlıq gətirib.

Azərin təşkilatçilığı ilə dəvət olunan qonaqlar sırasında Xatun ilə birgə Ayan,rəqqasə Fatimə, Emil Bədəlov,Lətifə Soyuöz., Ümman, Arif Səlimov iştirak edib. Nəzərinizə çatdıraq ki, Müşfiq Mahmudov ilə Azər Nəsibovu bir araya gətirən təkcə təqdim olunan mahnı deyil.Bu təqdimat həm də iki yaradıcı şəxsin birgə iş fəaliyyətinin başlanğıcıdır.
İş birliyinin sonrakı fəaliyyıtini də bu gün düşünən Azər Nəsibov fürsətdən istifadə edib, hər kəsin gözü önündə Gövhər Həsmzadədən Müşfiq üşün növbəti mahnı istədi. Çarəsiz qalan əməkdar incəsənət xadimi Gövhər xanım raziliq vermək məcburiyyətində qaldı.

Azərin bu cür iş siyasəti yəqin ki Müşfiqi çox uzaqlara aparacaq,bilmək olmaz bir də gördünüz gənc muğənninin sorağı Evrovijindən gəldi. Ən maraqlı nüans isə Azərin qadinlara qarşı çıxması oldu. Jurnalistə görə “nə vaxta qədər kişilər xanımların nazı ilə oynayacaq.Artıq qadınlarin nazına “mənə nə” demək zamanı çatdı.

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az