Azərbaycan Ermənistandan 6 pillə irəlidədir

Azərbaycan Ermənistandan 6 pillə irəlidədir
Siyahıya Norveç başçılıq edir

Azərbaycan yenə Ermənistanı qabaqlayıb. Söhbət  BMT-nin inkişaf proqramının məruzəsi əsasında tərtib olunan insan inkişafının indeksinə görə, dünya ölkələrinin vəziyyətindən gedir. Ölkəmiz cədvəldə 78, Ermənistan isə 84 pillədədir. 

Burada əsasən gözlənilən ömür uzunluğu, adambaşına düşən təhsil və gəlir, eyni zamanda sosial müdafiə, əhalinin sağlamlıq və mədəni inkişafının göstəriciləri, cinayət və mühafizə məsələləri nəzərə alınıb.  

Məruzədəki rəqəmlərə əsasən Norveç, Avstraliya, İsveçrə, Almaniya və Danimarka insan inkişafına görə dünyada ilk beşlikdə qərarlaşıblar. ABŞ 10-cu yerdədir. Rusiya 49, Belarus 52, Qazaxstan 56, Gürcüstan 70, Azərbaycan 78-ci yeri bölüşür. //İstipress.com
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az