Azərbaycan-İtaliya matçını erməni şərh edəcək

Azərbaycan-İtaliya matçını erməni şərh edəcək
Azərbaycan və İtaliya yığmaları arasında keçiriləcək Avropa-2016-nın seçmə matçını şərh etmək erməni Nobel Arustamyana həvalə olunub.
Oyunu Rusiya telekanalı "NTV-Plus Futbol2” yayımlayacaq.
Matç oktyabr ayının 10-da Bakıda keçiriləcək və saat 21.00-da başlanacaq.
Nobel Arustamyan italyan futbolu üzrə mütəxəssis hesab edilir. O, "NTV-Plus” kanalında İtaliya çempionatı matçlarını şərh edir.
Oxu.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az