Azərbaycanda hansı GENERALIN "avtoş" oğlu tutuldu?

Azərbaycanda hansı GENERALIN

"Avtoş"luq edən general oğlu tutuldu - Sürücülük vəsiqəsi əlindən alındı

Yol polisinin qətiyyətli davranışı nəticəsində general oğlu məsuliyyətdən kənarda qala bilməyib.

Miq.az xəbər verir ki, Bakıda general oğlu avtoxuliqanlıq etdiyi üçün yol polisi tərəfindən saxlanılıb. Bu barədə Avtosfer.az-a hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlumat daxil olub. Bildirilir ki, həmin sürücü bundan əvvəl də avtoxuliqanlıq etdiyi üçün saxlanılıbmış. Həmin vaxt məsuliyyətdən kənarda qala bilsə də, bu dəfə yol polislərinin qətiyyətli davranışı nəticəsində general oğlu cəzasız qalmayıb. Atasının bütün cəhdlərinə baxmayaraq "avtoş" oğulla bağlı materiallar yol polisi tərəfindən toplanılaraq məşkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sürücü 500 manat cərimə olunub. Eyni zamanda, onun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb. General atası bu qərardan narazı qalaraq oğlunu haqlı çıxarmaq üçün rayon məhkəiəsinin qərarından apelyasiya şikayəti versə də, ilkin instansiyanın çıxardığı qərar qüvvədə qalıb. Bununla da, general oğlu cərimə ödəməklə yanaşı, sürücülük vəsiqəsi ilə 1 il müddətinə vidalaşmalı olub. Generalın yol polisinə təzyiqlərinə baxmayaraq DYP əməkdaşları hətta, "avtoş" sürücünün inzibati qaydada həbs olunmasına da çalışıblar. Lakin məhkəmə onu cərimə və sürücülük hüquququndan məhrum etməklə kifayətlənib.

Həmin general hərbi sahədə çalışır və kifayət qədər yüksək vəzifə sahibidir. Onun kimliyi barədə araşdırmalarımız davam edir.

Miq.az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az