Azərbaycanda kompleks rəisinin qardaşı 10 kq narkotiklə tutuldu - Məhkəmə

Azərbaycanda kompleks rəisinin qardaşı 10 kq narkotiklə tutuldu - Məhkəmə
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinə narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən Şükür Hümbətov və Mərdan Mehrəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Miq.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Fikrət Qəribovun icraatında olan prosesdə istintaq yekunlaşıb.

Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib.

Məhkəmə prosesi iyulun 6-da davam etdiriləcək.

Qeyd edək ki, Yasamal rayonu ərazisində İsmayıllı rayon sakinləri Mərdan Mehrəliyev və Şükür Hümbətov narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduqları üçün saxlanılıb. M.Mehrəliyevin idarə etdiyi "Niva" markalı avtomobilə baxış zamanı 10 kiloqram 410 qram marixuana aşkar edilərək götürülüb.

Şükür Hümbətov İsmayıllı Olimpiya İdman Kompleksinin direktoru Tofiq Hümbətovun qardaşıdır. O, İsmayıllıda dəri biznesi ilə məşğul olub. Bundan əlavə onun böyük fermer təsərrüfatına, Bakıda bir neçə mənzilə, ticarət obyeklərinə sahib olduğu bildirilir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az