Azərbaycanda matəm elan olundu
Azərbaycanda matəm elan olunub.
Vizual.az-ın məlumatına görə, Xəzərdə baş verən faciəyə görə dekabrın 6-sı Azərbaycanda matəm elan olunub. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev qərar verib.
Qeyd edək ki, rəsmi məlumata görə hadisə baş verən zaman "Günəşli" platformasında 64 nəfər olub. Onlardan 2-si dünyasını dəyişib, 33 nəfər təxliyyə olunub. 29 nəfərin taleyi isə hələlik naməlumdur. Onlar itkin düşmüş elan edilib. Ötən gün başlayan axtarış-xilasetmə əməliyyatları bu gün səhərdən dalğıcların cəlb olunması ilə davam etdirilir.