2 nazirlik ləğv edilir - yeni nazirlik yaradılır

2 nazirlik ləğv edilir - yeni nazirlik yaradılır
Nəqliyyat Nazirliyi ilə Rabitə və Yüksək Texnolgiyalar Nazirliyi birləşə bilər. 
Vizual.az xəbər verir ki, bu barədə məlumat verən mənbə bildirir ki, artıq bir neçə gündür Nəqliyyat Nazirliyində hər kəs adıçəkilən nazirliklərin birləşdiriləcəyindən danışır.
"İşçilər hamısı deyir ki, yaxın vaxtlarda Nəqliyyat Nazirliyi ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birləşəcək. Bunun nə vaxt baş verəcəyi dəqiq bilinmir. Həmçinin bu söhbətin necə yayıldığı da bəlli deyil”, - deyə mənbə bildirib.
Araşdırmalar zamanı məlumatın əsaslı olub-olmadığını öyrənə bilmədik. Lakin onu öyrəndik ki, belə təcrübə xarici ölkələrdə var. Yəni, bir çox ölkələrdə bu iki sahə bir qurumda birləşdirilib./Azadliq.info






İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az