Estoniyadakı "Danske Bank”ın adı Azərbaycandan gəlmiş qeyri-qanuni pulların yuyulması ilə bağlı səs-küylü qalmaqalda hallanır.
Virtualaz.org Danimarkada dərc olunan "Berlingske” qəzetinə istinadən xəbər verir ki, bank vasitəsilə əvvəllər güman edildiyindən 2 dəfə artıq – 53 milyard krondan (1 kron 0,16 dollara bərabərdir – red.) çox vəsait yuyulub.
Yenidən nəzərdən keçirilmiş göstərici 2007-2015-ci illərdə "Danske”nin Estoniya ofisində hesabları olan daha 20 şirkətin sənədlərinə əsasən dəqiqləşdirilib.Mənbəyə görə, qanunsuz vəsaitlər Rusiyadan, Moldovadan və Azərbaycandan daxil olub. Daxili araşdırmanın rəsmi nəticələri sentyabr ayında dərc ediləcək.
Məlumatın sızması nəticəsində "Danske Bank”ın qiymətli kağızlarının məzənnəsi 3,2% enib.
2017-ci ilin dekabr ayında bank Danimarkanın maliyyə nəzarəti orqanı (FSA) tərəfindən Estoniya filialında pulların yuyulmasına qarşı mübarizə qaydalarının pozulmasına görə 12,5 milyon kron cərimə edilmişdi.
Qeyd edək ki, daha öncə Azərbaycandan gəlmiş pulların yuyulması ilə bağlı qalmaqalda Latviyanın o qədər də tanınmayan "ABLV Bank”ının adı çəkilirdi.
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?