Azərbaycandan Moldovaya narkotik daşınıb? - Açıqlama

Azərbaycandan Moldovaya narkotik daşınıb? - Açıqlama
Ötən gün bəzi kütləvi informasiya vasitələrində Moldova Respublikasının prokurorluq və sərhəd polisi rəsmilərinə istinadən Əfqanıstandan Avropaya narkotiklərin daşınması barədə məlumatlar yayımlanıb. Məlumatda narkotik vasitələrin daşındığı ehtimal edilən marşrutlar sadalanıb və bu marşrutlarda adları sadalanan ölkələr arasında Azərbaycan Respublikasının da olduğu qeyd edilib.

Miq.az-ın xəbərinə görə, Dövlət Gömrük Komitəsi bu barədə rəsmi məlumat yayıb. Məklumatda bildirilir ki, ölkəmizin gömrük orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli mübarizə aparır və Azərbaycandan tranzit keçməklə Türkiyədən Moldova Respublikasına yük aparan hər hansı nəqliyyat vasitəsi qeydə alınmayıb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az