Azərbaycanlı futbolçu karyerasını Türkiyədə davam etdirəcək

Azərbaycanlı futbolçu karyerasını Türkiyədə davam etdirəcək
Sankt-Peterburqun "Zenit” futbol klubunun sabiq azərbaycanlı oyunçusu Ramil Şeydayev karyerasını Türkiyənin "Trabzonspor" klubunda davam etdirəcək.
 
APA-nın məlumatına görə, bu barədə "Zenit-2” klubunun məşqçisi Vladislav Radimov özünün sosial şəbəkəsindəki səhifəsində yazıb.
 
Bundan əvvəl "Trabzonspor” R.Şeydayev ilə  danışıqların aparılmasını təsdiqləmişdi.
 
Qeyd edək ki, ötən gün Rusiya vətəndaşı olan R.Şeydayevin Azərbaycan millisində çıxış etmək üçün AFFA ilə  danışıqlar apardığı bildirilirdi.
 
Ötən il R.Şeydayev "Zenit”-in əsas heyətində 5, klubun ikinci heyətində isə 13 oyun keçirərək 10 qol vurub. 2013-cü ildə Rusiyanın U-17 yığmasının heyətində Avropa çempionu olub.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az