Bakı 2024-cü il Olimpiadasına namizədlikdən imtina etdi
Oyunların keçirilməsi üçün müraciət ərizələrinin qəbulu başa çatıb.
Paris,
Roma, Budapeşt, Los-anceles və Hamburq 2024-cü ilin Yay Olimpiya
Oyunlarının keçirilməsi üçün namizədlər siyahısına daxil olublar.
Vətəninfo.az Moderator.az-a istinadla xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin mətbuat xidməti bildirib.
Olimpiya Oyunları-2024-ün keçirilməsi üçün ərizələrin qəbulu sentyabrın 16-da başa çatıb.
2016-cı
ilin aprel-may aylarında Beynəlxalq Olimpiya Komitəsi yarışların
keçirilməsinə namizəd olan şəhərlərin yekun sayını təsdiqləyəcək.
Oyunların keçiriləcəyi yer barədə qərarı Beynəlxalq Olimpiya Komitəsi
2017-ci ildə verəcək.
Beynəlxalq Olimpiya Komitəsi Olimpiada-2024-ün təşkilat komitəsi üçün 1,7 milyard dollar vəsait ayıracaq.
Daha öncə yarışların keçirilməsi üçün mübarizədən Boston və Toronto imtina edib.
Qeyd
edək ki, Azərbaycan Olimpiya oyunları 2024-ün keçirilməsi üçün
müraciət etmək niyyətində idi. Gənclər və İdman naziri Azad Rəhimov
bəyan etmişdi ki, iri idman tədbirlərinin keçirlməsi özü-özlüyündə
Olimpə gedən yoldur.
"Bizim sentyabrın 15-nə qədər zamanımız var. Qərar hələlik yoxdur”, - nazir əlavə edib.