Bakı metrosunda intihar həyəcanı: Gənc özünü reyslərin üzərinə atdı

Bakı metrosunda intihar həyəcanı: Gənc özünü reyslərin üzərinə atdı
Bakı metrosunda gənc oğlan özünü qatarın altına atıb.

Miq.az Unikal.org-a istinadən xəbər verir ki, hadisə bu gün saat 15:00 radələrində "Bakı Metropoliteni”nin "Ulduz” stansiyasında qeydə alınıb.

Belə ki, 20-25 yaşlarında gənc oğlan qatar gələn zaman özünü reyslərin üzərinə atıb. Xoşbəxtlikdən qatarı dərhal saxlamaq mümkün olub. Xətdəki gərginlik kəsildikdən sonra sərnişin qatarın altından çıxarılıb.

"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev unikal.org-a bildirib ki, hadisə bu gün saat 15:50 radələrində baş verib: "1992-ci il təvəllüdlü Ələsgərli Tamerlan Rövşən oğlu özünü reyslərin üzərinə altıb. Maşinistin sayıqlığı, operativliyi nəticəsində qatarı dərhal saxlamaq mümkün olub və hadisə nəticəsində vətəndaş sağ qalıb. O, hər hansı bir xəsarət almayıb. Tamerlan Ələsgərli polisə təhvil verilib. Qatarlarların hərəkət intervalında hər hansısa gecikmə yaranmayıb”.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az