Bakıda qadın jurnalist "Hummer"lə həkimi vurdu

Bakıda qadın jurnalist
Vurulan qadın özəl klinikada həkim kimi çalışıb

 Bakının Xəzər rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Miq.az-ın  report-a istinadla verdiyi məlumata görə, Xasməmmədova Elvina Vidadi qızı Buzovna qəsəbəsinin Naxçivanski küçəsində idarə etdiyi "Hummer" markalı avtomobillə yolu keçmək istəyən 49 yaşlı Məmmədzadə Gülnarə Siyavuş qızını vurub.
Zərbənin təsirindən G. Məmmədzadə ağır xəsarətlər alıb. O, sürücünün çağırdığı "təcili tibbi yardım” avtomobili ilə xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirib. Hadisə yerində olan polis əməkdaşları sürücünün ifadəsini alıblar. Avtomobil cərimə meydançasına yerləşdirilib.
Faktla əlaqədar araşdırmalar aparılır.
Hadisəni törədən sürücü E.Xasməmmədova "Azərbaycan qadını" jurnalının əməkdaşıdır. Yaralı piyada G.Məmmədzadə isə özəl klinikaların birində həkim işləyir.


Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az