Son iki gündə Səbail rayonu, Bayıl yaşayış massivindəki Cənub Dərə adlanan ərazidə yağan intensiv yağıntılar buradakı duruma da təsir göstərib, yağış suları ərazidə yaranmış çatlara dolaraq torpağın alt qatlarına da hopub. Bunun da nəticəsində sürüşməyə meyilliyin mərkəzində vətəndaşlara məxsus 4 fərdi ev tam, 1-i isə qismən dağılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov Modern.az-a deyib ki, Bayıl yamacındakı sürüşmə sahəsi 6,9 hektar ərazini əhatə edir:
"Təhlükəli zonada 106 ev siyahıya alınıb. Ərazinin 70 faizindən şam, zeytun və digər ağaclar əkilib. Sürüşmənin qarşısının alınması üçün müəyyən növ ağacların kökü 15 metrdən artıq getməlidir ki, kütləni saxlaya bilsin. Şamın kökü yana yayılır, dərinə getmir. Orada ağaclar sürüşüb hərəsi bir yamacda qalıb. Müvafiq orqanlar tərəfindən təhlükəli zonaya düşən 106 ev siyahılaşdırılıb, 90 evdən sakinlər çıxarılıb”.
Nazirlik rəsmisi qeyd edib ki, 2004-cü ildən həmin ərazi sürüşməyə meylli ərazi kimi coğrafi koordinatları ilə birlikdə konturlaşdırılıb, hesabat şəklində müvafiq orqanlara təqdim olunub:
"İndiki proseslər o vaxt verdiyimiz konturların daxilində gedir. Ola bilər ki, vəziyyət 10 gün stabil olsun, 5 il stabil olsun, sonra anidən torpaq sürüşə bilər. Orada ümumiyyətlə tikinti aparmaq, yaşayış sahəsi salmaq olaz”.
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?