Bu gün ermənilər Bakıya gəlirlər

Bu gün ermənilər Bakıya gəlirlər
Aşotyan və Tandilyan "Avronest”in iclasına qatılacaqlar

Bu gün ermənilər Bakıya gəlirlər. İstiPress-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, nümayəndə heyətinin bu günki səfərinin məqsədi Bakıda keçiriləcək "Avronest” PA-nın sosial məsələlərlə bağlı iclasına qatılmaqdır.
Səfər barədə Ermənistan Parlamentinin Xarici əlaqələr komitəsinin sədri, heyətin rəhbəri Armen Aşotyan "Facebook" səhifəsində məlumat verib. 
İclasda iştirak üçün paytaxtımıza iki erməni gələcək. Onlar A.Aşotyan və Mane Tandilyandır. 

Euronest Parlament Assambleyasının (PA)  sosiala, təhsil, mədəni və mülki əhali komissiyasının təşkilatçılığı ilə iclas sabah başlayacaq. Tədbir "Şərq tərəfdaşlığı” proqramı ölkələrində gender bərabərliyi və qadın sağlamlığı məsələləri ilə bağlı olacaq.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az