“CNN” Tehranda generaldan müsahibə götürdü

“CNN” Tehranda generaldan müsahibə götürdü

"Amerikanın heç bir mərkəzi təhlükədən sığortalanmayıb”

İran Amerika ilə müharibə vəziyyətindədir. Buna baxmayaraq "CNN" Tehranda İranın dini rəhbəri Ayətulla Seyid Əli Xameneyinin hərbi məsələlər üzrə məsləhətçisi Hüseyn Dehqandan eksklusiv müsahibə alıb.

General bildirib ki, İran intiqam məqsədi ilə birbaşa Amerikanın hərbi obyektlərinə zərbə endirəcək. Bir vaxt İranın müdafiə naziri olmuş cənab Dehqan bildirib ki, İran Amerikaya qarşı müxtəlif ölkələrdə olan və İrana bağlı şiə hərbi qruplardan istifadə etmək fikrində deyil: "Biz deyə bilərik ki, Amerika, cənab Tramp bizə birbaşa zərbə endirib, biz də birbaşa Amerikaya qarşı zərbə endirəcəyik”.

Digər İran rəsmiləri kimi general da o fikirdədir ki, İran intiqam almaq üçün tələsməli deyil və öz hədəfini diqqətlə seçməlidir: "Bizim cavab reaksiyamız müdrik və yaxşı düşünlümüş olmalıdır, vaxtında və həlledici zərbə endirilməlidir ki, təsir çəkindirici olsun”.

"CNN” xatırladır ki, İran prezidenti Həsən Ruhani Qasım Süleymaninin qətli ilə bağlı deyib ki, Amerika bu addımından doğan nəticələrlə "təkcə bu gün yox, həm də illər sonra da qarşılaşacaq”.

General aşağıdakı fikri də diqqət çəkir: ""Baxın, bir neçə səbəbə görə hazırkı ABŞ administrasiyası ilə danışıq aparmaq istəməzdik. İndi cənab Süleymani ilə bağlı baş verənlərdən sonra danışıqlar aparmaq və ya münasibətlər qurmaq üçün istinad nöqtələri qalmayıb. Bu, mümkün deyil”.

Mourners throng the car carrying the body of Iranian commander Qasem Soleimani during a funeral procession for Soleimani and Iraqi paramilitary leader Abu Mahdi al-Muhandis in Baghdad on January 4.

Hüseyn Dehqan prezident Trampın "İranın 52 şəhərini hədəf almışıq” ifadəsini də cavabsız buraxmayıb: "Əgər o, 52 deyirsə, biz 300 deyirik və o hədəflərə bizim əlimiz çatır. Heç bir Amerika hərbi birləşməsi, heç bir Amerika siyasi mərkəzi, heç bir Amerika hərbi bazası, heç bir Amerika gəmisi təhlükədən sığortalanmayıb”.

Trampı "qanqster” və "qumarbaz” adlandıran general deyib ki, bütün iranlılar indi Qasım Süleymanidir: "Qasım Süleymani 2003-cü ildən Qüds hərbi birləşməsinə rəhbərlik edib. İndi onu əvəz edən şəxs onunla birlikdə 20 il işləyib. O da eyni metod və idarəçiliyə söykənir. İran min dəfələrlə güclənəcək. Biz elə bir şey hiss etmirik. Biz məntiqə söykənirik, şəhidlik məntiqi bizim üçün önəmlidir”.

Elbəyi Həsənli, Sürix
Musavat.com



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az