Dəhşət: Körpələr uşaq arabasından 10 metr uzağa düşdülər – VİDEO (16+)
Rusiyanın Sverdlovsk vilayətinin Lesnoy şəhərində "Volkswagen Polo”
avtomobilinin sürücüsü yolu üç uşağı ilə qaçaraq keçən kişini vurub.
Vətəninfo.az-ın məlumatına görə, Moderator.az Life News-a istinadən xəbər verir ki, qəzanın qurbanı üç uşaq olub. Ata
yolu keçərkən iki azyaşlı əkizləri uşaq arabasında aparıb və üçüncü
uşağın əlindən tutubmuş.
Qəza şəhərin mərkəzində baş verib. 20 yaşlı sürücü piyada keçidinin yaxınlığında piyadaları vurub.
Ailə
geniş hərəkət yolunu keçid üçün icazə olmayan yerdən keçirmiş. Faktiki
olaraq valideynlər yalnız özlərini deyil, eləcə də öz uşaqlarını riskə
atıblar. Sürətlə gələn maşını görən ana maşını buraxmaq üçün dayanıb,
ata isə əksinə yolu keçməyə çalışıb.
O, iki
yaşı olan əkizlərin oturduğu arabanı apararaq, üç yaşlı digər oğlunun
əlindən tutmuşdu. Amma yolu keçə bilmədi, maşın uşaq arabası ilə
toqquşdu. Alınan zərbədən körpələr arabadan 10 metr uzağa düşüblər.
Onlar
çoxsaylı xəsarətlərlə xəstəxanaya çatdırılıblar. Uşaqlardan biri
mürəkkəb çanaq sınığı travması alıb, ona indiyə qədər tibbi yardım
göstərilir.
Yekaterinburqun YHTDM-də (Yol
hərəkəti təhlükəsizliyi dövlət müfəttişliyi) sürücünün piyadaları
gördükdə əyləcə basmadığı qeyd edilib.
"O,
akseleratorun pedalını basaraq sağ sıraya keçib. Bu sahədə sürət
məhdudiyyətinə baxmayaraq, toqquşma zamanı spidometrdə 74 km/s
göstərilir, həmin ərazidə isə icazə verilən sürət həddi 40 km/s-dır. O,
ailənin yanından keçməyə çalışıb, qəzadan sonra isə çıxaraq maşına
baxıb. Hadisənin araşdırılmasını vilayət YHTDM-nin rəhbərliyi öz üzərinə
götürüb” - Sverdlovsk vilayətinin YHTDM-nin təbliğat üzrə inspektoru
Yevgeni Belinski bildirib.
Dövlət avtomobil müfəttişliyinin əməkdaşları baş verən qəzada günahkarları aydınlaşdırmalı olacaqlar.