Dənizdən tapılan meyitin itkin neftçi olduğu təsdiqləndi

Dənizdən tapılan meyitin itkin neftçi olduğu təsdiqləndi
Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarə olunması Milli Mərkəzində  itkin neftçilərin axtarışı üzrə yaradılan Qərargah yeni məlumat yayıb.

Qərargahdan Miq.az-a  verilən məlumata görə, həyata keçirilən axtarış – xilasetmə əməliyyatları nəticəsində aprelin 6-da aşkar edilən kişi meyitinin «Azneft» İB-nin N.Nərimanov adına NeftQaz Çıxarma İdarəsinin 1 saylı neft qaz çıxarma sahəsində "əmtəə operatoru” vəzifəsində çalışmış 1971 – ci il təvəllüdlü Zülfüqarov Azay Hacıbala oğluna məxsus olduğu müəyyən edilib. Mərhumun meyiti ailəsinə təhvil veriləcək.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az