Ehtiyatda olan hərbçidən Ali Baş Komandana -ŞİKAYƏT

Ehtiyatda olan hərbçidən Ali Baş Komandana -ŞİKAYƏT

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ
CƏNAB  İLHAM ƏLİYEVƏ.
SÜRƏTİ :   
AZƏRBAYCAN RESPUBLİKASI BAŞ NAZİRİ.
CƏNAB ARTUR RASİ-ZADƏYƏ.
 
AZƏRBAYCAN RESPUBLİKASININ MÜDAFİƏ NAZİRİ
CƏNAB GENERAL POLKOVNİK ZAKİR HƏSƏNOVA.
 
MÜDAFİƏ NAZİRLİYİNİN HÜQUQ İDARƏSİNİN RƏİSİ.
CƏNAB RAUF KİŞİYEVƏ.
 
Ağstafa rayon Saloğlu kəndində yaşayan, Qarabağ müharibə veteranı, ehtiyyatda olan baş gizir Yusifov Ələddin Rəcəb oğlu tərəfindən
 
Ə r i z ə
     
Hörmətli, cənab Prezident!

 25.01.2016-cı il tarixdən müraciətimə baxılmır, belə ki, "Vətəndaşların müraciətləri haqqında”  və aşağıda qeyd etdiyim Qanunların tələblərini kobud şəkildə pozaraq 6 aydan sonra Müdafiə Nazirliyinin Maiyyə və Büdcə idarəsinin 22.06.2016-cı il tarixli 12/2202 nömrəli cavab məktubu tam əsassızdır,  qeyd etmək istəyirəm ki, şəxsi işimi tam nəzərdən keçirsəniz görərsiniz ki, mən həqiqətən 22 il 4 ay 24 gün güzəştli şərtlərlə xidmət etmişəm. Hörmətli dövlətimizin rəhbər vəzifəli şəxsləri və məhkəmə orqanları bu ədalətsizliyə son qoyulması məqsədi ilə mənə kömək edin. Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüşlərdə mən iştirak etmişəm, lakin mənə bu əsassız cavab yazan şəxslərdən soruşmaq lazımdır ki, düşmənlə təmas şəraitində, döyüşlərdə olmusunuzmu, düşmənə qarşı döyüşlərdə iştirak etmisinizmi və səngərdə olmusunuzmu, sonra mənim hüquqlarımı belə haqsızcasına tapdalayasınız.
    
Sizə müraciət etmək istəyirəm və inanıram ki, mənim müraciətimə diqqət yönəldəcəksiniz, 18.08.1994-cü ilədək Silahlı Qüvvələrdə 17 il 07 ay xidmət etməyim öz təsdiqini tapmışdır, lakin sonradan  18.08.1994-cü ildən 20.03.1996-cı ilədək 172 saylı hərbi hissədə xidmətim haqqında Müdafiə Nazirliyinin Mərkəzi Arxivlər idarəsindən arxiv arayışının verilməsi barədə müraciət etdim, mənim 172 saylı hərbi hissədə xidmətə daxil olmağım öz təsdiqini tapmışdır, lakin xidmətdən təxris olunmağım öz təsdiqini tapmamışdır, bu isə o dövürkü 172 saylı hərbi hissə komandirinin mənə qarşı qərəzli mövqe tutmasıdır və bu qərəzli mövqedən bu günə qədər mən əziyyət çəkirəm. Eyni zamanda bildirmək istəyirəm ki, şəxsi işimdə 20.031996-cı ildə təxris olunmağım haqqında əmrdən çıxarışlar vardır, bütün bunlara baxmayaraq mənə qarşı ədalətsizlik davam etdirilir, belə ki, Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda xidmət edən bir şəxsə bu qədər haqsızlıq olmaz, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi ki, məni məcbur edir ki,  qalan ömrümü məhkəmələrdə keçirim. Hal hazırda bu barədə bir çox məhkəmələrə müraciət etmişəm.
   
19.07.2016-cı il tarixdə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin yazdığı cavab məktubundan aydın olur ki, mən guya 172 saylı hərbi hissədə xidmət etməmişəm. Bu hasızlığa son qoymaq lazımdır. Mənim xidmətimə görə haqqımı bəzi məmurlar yeməsin.
 
     
Hörmətli, cənab Prezident!
 
Sizdən xahiş edirəm ki, 18.08.1994-cü ildən 20.03.1996-cı ilədək 172 saylı hərbi hissədə təqvimlə 1 il 7 ay 2 gün, xidmət illərim bir ayı üç ay sayılmaqla güzəştli qaydada 4 il 9 ay 2 gün MAT-ın minaatan taqım komandiri vəzifəsində hərbi xidmətdə olmağım sayılmaqla cəmi 22 il 06 ay 29 gün hərbi xidmətimin təşkil etməsini və bu səbəbdən mənə pensiya hesablanıb məlumat vərəqəmin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş departamentinə göndərilməsini Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə göstəriş verəsiniz, mənim haqqımı bəzi vəzifəli şəxslərin yeməsinə imkan verməyəsiniz.




Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az