Erməni silahlı bölmələri Ağdam istiqamətində yanğınlar törədiblər

Erməni silahlı bölmələri Ağdam istiqamətində yanğınlar törədiblər
Ermənilər cəbhə xəttinin Ağdam istiqamətində yanğın törədiblər.
Vətəninfo.az "Report"a istinadla  xəbər verir ki, qarşı tərəf gecə saatlarında Ağdam şəhərinin xarabalıqlarında və rayonun işğal altında olan Muğanlı, Abdal Gülablı kəndlərinin ərazilərində yanğın törədiblər.
Düşmən qüvvələri, həmçinin həmin istiqamətlərdə yerləşən dağ massivlərində meşə və quru otlaq sahələrinə od vurublar. Güclü alov sözügedən istiqamətlərdə səhər saatlarınadək müşahidə olunub.

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az