Ermənilər ərəblərdən yardım istəyirlər

Ermənilər ərəblərdən yardım istəyirlər

Ənvər BÖRÜSOY

Suriyadakı vətəndaş savaşından ən zərər çəkən də elə ermənilərdir

Liviyada vətəndaş savaşından sonra, gündəmə gələn ssenari bu dəfə Suriyada Əsəd rejimi dağılmamışdan özünü biruzə verməkdədir. Belə ki, ən azından Suriyanın ərəb, türkman və kürdlərə məxsus milli bölgələrə bölünməsi prosesi öz işartılarını göstərməyə başlamışdır. Durumun belə bir məcraya yönəlməsindən ən çox əndişəyə düşənlərin sırasında ermənilər və çərkəzlər ilk sırada yer alırlar. Çərkəzlər Quzey Qafqaz, İsrail, İordaniya və Türkiyəyə üz tutsalar da, erməniləri hansısa bir dövlətdə qaçqın statusunda belə qəbul edən yoxdur. 

İki vətən arasında

Orta Doğu dövlətlərində yaşayan ermənilərin çoxu dini baxımdan Ermənistanda hakim olan Eçmiədzin Kilsəsinə tabe deyillər. Onlar müsəlman şərqindəki ölkələrdə icmalar şəklində yaşamaqla yanaşı, Kilikiya Apostol Kilsəsinə, ya da Vatikan Kilsəsinə daha çox tapınırlar. Kilikiya Apostol Kilsəsi isə 400 ilə yaxındır ki, Eçmiədzin Patriarxlığı ilə düşmənçilik siyasətini aparır. Bunu indiki halda Ermənistanda iqtidar və müxalifətin simasında daha aydın şəkildə müşahidə etmək mümkündür. Serj Sərkisyan iqitidarı Eçmiədzin Patriarxlığına sədaqət göstərsə də, eks prezident Levon Ter-Petrosyanın lideri olduğu Erməni Milli Konqresi ana müxalifət adı altında Kilikiya Kilsəsinin mənəvi varisləri hesab olunurlar. Çünki, 1948-1950-ci illərdə Ermənistanda və Qafqazda erməni əhalisinin sayını süni şəkildə artırmaq üçün SSRİ-nin razılığı əsasında Orta Doğudan, ən çox da Suriyadan 250 min nəfərə yaxın erməni vətəndaşları köçürülmüşdür. Bu siyasətin ardında duran əsas məsələlərdən biri də Kilikiya Kilsəsinin Moskvanın idarəsi altına keçmək isməməsi olmuşdur. İrəvanda isə ümid edirdilər ki, Orta Doğudan köçmüş erməni əhalisi tədricən sosial güc şəklində Eçmiədzin Kilsəsinin təsirinə düşəcəklər. 1991-ci ildə Ter-Petrosyan prezident seçildikdən sonra, “Daşnaksütyun Partiyası”nın terrorçu təşkilat kimi yasaq edilməsi haqqında verdiyi qərarın özü belə sübut etdi ki, Kilikiya Kilsəsinin təsir dairəsi dolayı yolla hələ də şüurlarda qalmışdır. 

İndiki məqamda Suriya ermənilərinin vətəndaş savaşından canlarını qurtarmaq üçün Ermənistana ikinci vətən kimi miqrasiya etməməsinin səbəbi də məhz buradan qaynaqlanır. Bir yandan İrəvandakı hakimiyyətin onlara loyal münasibət göstərməsi, digər yandan isə erməni miqrantlarının psixoloji, dini və mənəvi baxımdan daha çox ana müxalifətin yanında yer alması ehtimalı ilk dəfə olaraq Orta Doğuda erməniləri çıxılmaz vəziyyətə salmışdır. Buna görə də ermənilər “ikinci vətən” taktikasını seçməyə məcbur olmuşlar. Hal-hazırda Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Bəhreyn, Küveyt, Misir, Livan, Tunis və Əlcəzair kimi ölkələrdə erməni icmaları hərəkətə keçərək Suriyadakı erməni icmalarının miqrant statusunda həmin ölkələrdə məskunlaşması üçün imkanlar aramağa başlamışlar. Hətta bir sıra erməni icmaları bu projeyə Türkiyənin də qatılması təklifini irəli sürmüşlər. Belə ki, Suriyada yaşayan amşenlərin (müsəlman ermənilər) sayı dəqiq bəlli olmasa da, onların ən azından 70 min nəfər olduğu qeyd edilməkdədir. Onlar ərəb ölkələrindən daha çox Türkiyəni özlərinə vətən seçməkdə problem olmadığını belə açıq şəkildə müdafiə edirlər. Beləliklə, bu dəfə İraqdan fərqli olaraq erməni qaçqınlarını nə mədəni Avropa, nə totalitar rejimlərə malik Güney Amerika dövlətləri, nə də daim onları öz nəzarətinə almaq istəyən Rusiya himayə etmədi. Buna görə də ikinci vətən modelini irəli sürməklə elə Orta Doğu dövlətlərinə səpələnmiş şəkildə miqrasiya etməklə Suriyadakı vətəndaş savaşından canlarını qurtarmağa tələsirlər. 

40 illik diktaturanın sadiq nökərlərinin göz yaşları

1970-ci ilin 16 noyabr tarixində Suriya müdafiə naziri Hafiz Əsəd ölkədə dövlət çevrilişi etməklə yanaşı qanuni prezident Salah Cədidi hakimiyyətdən uzaqlaşdıraraq və BƏSS (Ərəb Milliyyətiçi Sosialist Partiyası) partiyasının lideri kimi özünü prezident elan etdi. Hafiz Əsəd ilk öncə Hələbdə, daha sonra isə Qırğızstanın Kant şəhərindəki hərbi təlim mərkəzində uzaq mənzilli qırıcı hərbi reaktiv təyyarələrin ekstradiliyası komandanı ixtisası üzrə təhsil almışdı. Suriyanın Latakiya əyalətinin Kardaha kəndindəki “əl vəhş” (ərəbcə vəhşi heyvan, sürü mənasını verir) tayfasından çıxmış Hafiz Əsəd ölkəni elə bu təfəkkür tərzi ilə idarə etməyə başladı. Ərəb milliyyətçiliyi ideologiyasını hakim siyasətə çevirməsinə baxmayaraq, Hafiz Əsəd özünün qurmuş olduğu diktator rejimini daha çox erməni və çərkəzlərdən ibarət xüsusi cəza ordusu qüvvələri sayəsində idarə edirdi. Bu sırada ölkədə yaşayan beş milyonluq türkman əhalisinə qarşı divanlar tutmaqla, türkün milli kimliyinin izlərini məhv etməklə öz mövqelərini daha da gücləndirmək taktikasına üz tutmuşdu. Türkmənlər ya tamamilə “ərəbləşməli”, ya da “məhv” olunmalı idilər. Xüsusilə Hələb və onun ətrafındakı şəhərlərin, qəsəbələrin və kəndlərin əhalisinə amansızcasına divanlar tutulurdu. Əsəd rejimi hətta türkmanları total şəkildə məhv etmək üçün xüsusi cəza düşərgələri belə yaratmışdı. Türkman, kürd və digər xalqlar yaşadıqları ərazilərdə yerli bələdiyyələrə, parlamentə seçilmək hüququndan məhrum idilər. Beş milyonluq türkmən əhalisinin demək olar ki, 2 milyonundan çoxu tamamilə diktatura çağında assimliasiyaya məruz qaldılar. 200 min nəfərlik ermənilər üçün yetərincə sayda orta məktəblər, kilsələr, qəzet və jurnallar, mədəni mərkəzlər fəaliyyət göstərirdi. Dini azlıqlar məsələsində də Əsəd rejimi xeyli addımlar atmışdı. Məliki Katolik Kilsəsi (xristian ərəblər üçün), Ortodoks Kilsəsi (ruslar və yunanlar üçün), Kilikiya Apostol Kilsəsi (ermənilər üçün), Yezidi Ocaqlarının (yezidi kürdlər üçün, onların sayı 5 min nəfərdir) fəaliyyəti üçün yetərincə imkanlar yaradılmışdı. Bütün bunlardan fərqli olaraq, türkmanların arasında kimin əlində Azərbaycan və ya Anadolu türkcəsində kitab, dərgi, qəzet tapılsaydı dərhal “pantürkist” damğası ilə ən azından 10 il müddətinə həbs cəzası ilə məhkum olunurdu. Bir tərəfdən də rejimi dişi və canı ilə qoruyan, onun vuran əli olan ermənilər sanki, Suriyada gizli şəkildə türk soyqırımı siyasətini davam etdirirdilər. Bu gün Orta Doğu ölkələrində baş verən və silsilə şəklində davam edən inqilablar ən çox diktatura rejimlərinə sirayət etməkdədir. Belə bir proses Suriyadan da yan keçməmişdir. Ölkədəki diktator rejimini yıxmaq üçün ayağa qalxmış üsyançılar 40 illik fəlakətlərin əsas baiskarı kimi ermənilərdən və çərkəzlərdən daha qəddarcasına intiqamlarını almaqdadır. Bu iki topluma məxsus bütün şəhərlər və qəsəbələr tamamilə üsyançılar tərəfindən dağdılmışdır. Onlar indi başa düşmüşlər ki, rejimin çomağı rolunda çıxış etməyin acı nəticəsi nə deməkdir. Göz yaşları içində bütün beynəlxalq birliyə, regionda söz sahibinə çevrilmiş dövlətlərə yalvara-yalvara xilas olunmaları üçün onlara insani yardımların edilməsini diləyirlər. 

Cəlladlar ölkəsi

Qırx illik Əsəd ailəsinin diktaturası dönəmində Suriyada təxmini hesablamalara görə 2 milyondan artıq insan qətliam olunmuşdur. 1982-ci ilin fevral ayında bütün dünyanın gözü qarşısında Xəmə şəhərində Hafiz Əsədin bir əmri ilə rejimə qarşı olan 40 min insan toplardan, tanklardan və digər ağır silahların atəşləri nəticəsində öldürülmüşdür. Bu əməliyyatda ermənilərdən ibarət yaxşı silahlandırılmış xüsusi cəza dəstələri (daşnakların ən güclü erməni silahlı birlikləri) amansızcasına və xüsusi qəddarlıqla dinc nümayişçilərə divan tutmuşdular. 

Son ilyarımda ölkənin ən böyük şəhərlərindən olan Hələbdə ermənilər at oynadırdılarsa, indi burada onların izi-tozu belə qalmamışdır. Bura sanki, 40 il bundan öncə olduğu kimi türkman şəhərinə çevrilməkdədir. Şamdakı erməni diasporunun açıqlamasına görə təkcə Hələbdən 60 min nəfər erməni vətəndaş savaşına görə qonşu Livan, İordaniya və digər ölkələrə miqrasiya etməyə məcbur olmuşdur. Süni şəkildə qabardılan ərəb milliyyətçi sosialist düşüncəsinə malik olan rejimlərin (Liviya, İraq) bir-bir sıradan çıxması dəhşət saçan qanlı savaşlarla müşahidə olunmuşdur. İndi bu proses ilyarımdır Suriyada davam edir. Monarxiya üsulu ilə idarə olunan ərəb ölkələri, Avropa və Türkiyə də daxil, Əsəd rejiminin qoruyucularına siyasi qaçqın statusunu vermirlər. Buna görə də “bəlkə də qaytardılar” prinsipinə söykənərək rejimin qorunub saxlanılması üçün son damla qanlarına qədər vətəndaş savaşını davam etdirməyə məcburdurlar. 

Ermənistana qaçqın kimi gəlmiş Suriya ermənilərinin fikrincə öz ölkələrində ölsəydilər indi düşmüş olduqları durumdan daha şərəfli olardı. Çünki, İrəvanda hökumət onları nə evlə, nə də digər sosial problemlərinin həllində istənilən köməyi etmək imkanında deyil. Hətta BMT-yə olan müraciətlər də istənilən müsbət nəticəni verməmişdir. Orta Doğudakı Daşnaksütyun, Pamkavar Azatakan və Hnçak partiyaları, erməni kilsələri Suriyadakı ermənilərin düşmüş olduğu fəlakət zonasına yardım kampaniyalarını başlatsalar da, hələ ki, istənilən nəticəni əldə edə bilməmişlər. Çünki, savaş bölgəsinə humanitar yardımların göndərilməsi çox böyük risqlər deməkdir. Bir yandan intiqamçı üsyançıların özləri buna imkan vermirlər. Suriyadakı ermənilərə humanitar yardım kampaniyalarının aparılması üçün bu prosesə qoşulmuş “PanARMENIAN MEDIA GROUP”un bütün təşəbbüsləri də boşa çıxmışdır. 

Hal-hazırda ermənilər Suriyada yaranmış böhranla bağlı Türkiyənin roluna toxunaraq, onların bir millət kimi burada “məzlum xristian əhalisi” kimi yenidən soyqırıma məruz qalacaqları iddiasını mümkün qədər beynəlxalq səviyyədə ictimailəşdirməyə çalışırlar. Onlar hətta üsyançı “Müsəlman Qardaşları”nın silahlı qüvvələrini Türkiyədən fərqli olaraq “mələk” rolunda gördüklərini belə qeyd edirlər. Halbuki, üsyançı müxalifət əlində silah birbaşa çərkəzlərdən və ermənilərdən daha qəddarcasına intiqam alırlar. Noyabrın 19-da Ermənistanın xarici işlər naziri Edvard Nalbadyan Küveytə gələrək müsəlman bu ölkəsindən humanitar yardım göstərilməsini diləmişdir. Xarici işlər naziri Şeyx Sabah Xaled əl Həməd Əs Sabah isə eyhamla bildirmişdir ki, 40 illik tarixin acısını indi də qoy başqaları çəksin. Suriya müxalifəti Milli Şurasının lideri Əhməd Muəz Əl Xətib isə qeyd etmişdir ki, Əsəd rejimini 40 ildir qoruyanlar (çərkəzlər və ermənilər) beynəlxalq tribunaldan qaçdıqları üçün şəriət qanunları ilə onlar cəzalandırılırlar. İndi məzlum cildinə girmiş rejimin cəlladları bizdən aman istəyirlər. İllərlə insan haqları, demokratiya əleyhində yardılmış diktatura zəncirinin həlqələri onların əlindəykən bunca amansız olduqlarnın niyə fərqində deyildilər. 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az