“Ermənistan işğal etdiyi torpaqlardan çıxmağa məcbur edilməlidir”

“Ermənistan işğal etdiyi torpaqlardan çıxmağa məcbur edilməlidir”
"Dünya birliyi Ermənistanı işğal etdiyi torpaqlardan çıxmağa məcbur etməlidir”.

Bunu Publika.az-ın sualına cavabında Bolqarıstan sabiq prezidenti Rosen Plevneliyev bildirib.
Keçmiş prezident deyib ki, bununla bağlı BMT Təhlükəsizlik Şurasının da 4 qətanməsi var.
Onun sözlərinə görə, beynəlxalq birlik Ermənistanı həmin qətnamələrin tələblərini icra etməyə məcbur etməlidir:
"Hamımızın sülhə ehtiyacı var. Regionun sülhə ehtiyacı var. Sülh yalnız o zaman bəqrərar ola bilər ki, dövlətlərin ərazi bütövlüyü təmin olunsun. Sülhsüz millətlər əziyyət çəkir, bir-biri ilə müharibə şəraitində olur. Bu isə həmin dövlətlərin əminamanlığını pozur. Azərbaycanın öz ərazi bütövlüyünü və itirdiyi torpaqlar üzərində idarəçiliyi bərpa etməyə tam hüququ var”.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az