Ermənistan nüvə silahı hazırlayır? - ABŞ mediasından iddia
Ermənistan Rusiyanın "İsgəndər” raketlərindən nüvə silahı emal edə bilər.
Bu fikirlər Corctaun universitetinin münaqişələrin nizamlanması üzrə magistri Sebastyen Roblinin ABŞ-ın "The National İnterest” jurnalındakı məqaləsində yer alıb.
Yazıda vurğulanır ki, həmin silahlardan ermənilərin nüvə silahı emal etməsi regionda böyük müharibə ocağı yaradacaq. Həmin silahın hazırlanması üçün Metsamor AES-in nəzərdə tutulduğu bildirilir.
Onu da bildirək ki, jurnalda Dağlıq Qarabağ haqda məlumatlar təhrif olunaraq etnik erməni torpağı kimi göstərilib, SSRİ tərəfindən Azərbaycana verildiyi qeyd olunub. Guya, SSRİ-in süqutundan sonra həmin ərazinin etnik əsasını təşkil edən ermənilər səs çoxluğu ilə Ermənistan hakimiyyətini seçsə də, Azərbaycan bu səmtdə mühariblərə başlayıb./BakiPost.az/
Miq.az