Ermənistan prezidenti Rusiya vətəndaşını özünə müşavir təyin edib

Ermənistan prezidenti Rusiya vətəndaşını özünə müşavir təyin edib
Ermənistan prezidenti Armen Sarkisyan Rusiya vətəndaşı Georgi Asatryanı özünə müşavir təyin edib.

Gununsesi.org xəbər verir ki, məlumatı "Kommersant” qəzeti yayıb.
Bildirilib ki, o, Ermənistan prezidentinin beynəlxalq məsələlər üzrə müşaviri olacaq.
"O, Rusiya prezidenti Vladimir Putinlə Ermənistan prezidenti Armen Sarkisyan arasında əlaqələrin güclənməsi, eləcə də dövlət başçılarının administrasiyaları arasında təmasların fəallaşması ilə məşğul olacaq”, – deyə qəzet yazıb.
Məlumata görə, Asatryan Sarkisyanın ştatdankənar müşaviri vəzifəsini icra edəcək və ictimai əsaslarla işləyəcək. Armen Sarkisyan oktyabrın 1-də Rusiya prezidenti Vladimir Putinin Yerevana səfərindən sonra onu özünə müşavir təyin edib. Georgi Asatryan tarix elmləri namizədi, ABŞ-ın Yaxın Şərqdə antiterror fəaliyyəti və Əfqanıstan məsələləri üzrə mütəxəssisdir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az