Vətəninfo.az xəbər verir ki, sözləri və musiqisi Tural Bakuviyə aid olan “Sən gedəndən” adlı mahnını müğənni Elvin Abbasov ifa edib. Mahnıya çəkilən klipin ssenarisi qarşılıqlı sevgi hissləriylə alovlanan cütlüyün eşq hekayəsindən bəhs edir.
Bakının Dağüstü Park meydanında, otelərinin birində və başqa məkanlarda çəkilən klipdə E.Abbasovun tərəfmüqabili onun prodüseri Humay Muxtarovadır.
Klipin təqdimat mərasimi mayın 19-da saat 15:00-da “Neon” restoranında keçiriləcək.
Onu da qeyd edək ki, klip Humay Muxtarovanın Elvin Abbasova doğum günü hədiyyəsidir. Səbəbkar mayın 17-də Bakı şəhərində dünyaya doğulub.
Klipin rejissoru, operatoru, montaj və ssenari müəllifi Fuad Tofiqoğlu, işıq tərtiibatçısı Novruz Novruzov, qrafika-dizayn müəllifi Əzəmət Səmədov və stilist İntizam Yusiflidir.
Təqdimatda sənətçilər Rühəngiz Allahverdiyeva, Emil Bədəlov, Sevda Sanəliyeva, Sənan Əliyev, Nicat Məhrrəmov, Sevil və Sevinc Səfərova bacıları, Yaşar Yusub, Leyla Ramazanlı, Zarina Məmmədova, Əfqan Quliyev, Elvin Abdullayev, Aytac Vidadiqızı, “Səmum” qrupu və başqaları iştirak edəcəklər.
Vətəninfo.az
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Bu gün Azərbaycanda Zəfər Günüdür