"Fənərbaxça"nı rus OMONU-u Moskvada belə qoruyur- Fotolar

Türkiyənin "Fənərbaxça" futbol klubu dünən Rusiyanın paytaxtı Moskvada hava limanında yüksək təhlükəsizlik tədbirləri ilə qarşılanıb. 
Rusiyanın xüsusi təyinatlılarının mühafizəsi ilə hava limanından ayrılan türk idmançıların yaxınlığına heç kim buraxılmayıb, onlar otelə gedərkən gedərkən yollar tamamilə bağlanıb. Türk idmançılar hava limanına endiyi andan etibarən yüksək səviyyəli dövlət protokolu çərçivəsində tədbirlər görülüb. 

Futbol komandasının üzvləri otelə gəlməzdən öncə otel tamamilə boşaldılaraq hər tərəfdə axtarış aparılıb. Daha sonra isə polis və OMON otelin ətrafını mühasirəyə alıb.

Xatırladaq ki, Rusiya-Türkiyə münasibətlərinin pozulmasından sonra ilk dəfə bir futbol klubu Rusiyanın Lokomotiv komandası ilə qarşılaşmaq üçün Moskvaya gedib. 






Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az