BP rəsmisinin sözlərinə görə, onlar yalnız kəmərin texniki təhlükəsizliyinə cavabdehdir: "Kəmərin yalnız texniki təhlükəsizliyi üçün məsuliyyət daşıyırıq. Onun qorunması, mühafizə olunması baxımından təhlükəsizliyini hökumətlər təmin edir".
T.Bayatlı həmçinin Gürcüstan hökumətinin Bakı-Supsa kəmərinin marşrutunun mümkün dəyişdirilməsi ilə bağlı BP-yə müraciət etmədiyini də açıqlayıb: "Bizə heç bir müraciət daxil olmayıb. Amma boru kəmərinin texniki təhlükəsizliyi və səmərəliliyi üçün lazım olan işlər - hissələrin, avadanlıqların dəyişdirilməsi, inspeksiya və texniki yararlılığın yoxlanması, monitorinq və profilaktik işlər proqramları müntəzəm olaraq həyata keçirilən prosesdir. Bir neçə ilə əvvəl boru kəmərinin istismarını 1 ildən çox dayandırdıq, profilatik işlər apardıq və onun tam etibarlı və səmərəli istismarını təmin etdik. Hazırda da bu boru kəməri tam təhlükəsiz və beynəlxalq standartlara uyğun istismardadır."
Xatırladaq ki, Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kalaldze Bakı-Supsa boru kəmərinin işləməsi üçün problem yaranarsa, alternativ layihə həyata keçiriləcəyi ilə bağlı mediaya açıqlama verib. Qeyd edək ki, Gürcüstanın Tsxinvali bölgəsində tikanlı tellər bir neçə yüz metr də Gürcütanın ərazisində içəriyə doğru çəkilib və nəticədə, Bakı-Supsa neft kəmərinin bir hissəsi tanınmamış Cənubi Osetiyanın ərazisində qalıb.