Hərbi əlildən Ali Baş Komandana -DYP polisindən Şikayət
Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsində yaşayan 2-ci qrup hərbi əlil, Prezident təqaüdçüsü, ehtiyyatda olan mayor Novruzov Rövşən tərəfindən Miq.Az-ın redaksiyasına daxil olmus şikayət ərizəsini oxuculara təqdim edirik:
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ
CƏNAB İLHAM ƏLİYEVƏ.
SÜRƏTİ:
AZƏRBAYCAN RESPUBLİKASININ DAXİLİ İŞLƏR NAZİRİ
GENERAL POLKOVNİK RAMİL USUBOVA
SÜRƏTİ:
BAKI ŞƏHƏR BAŞ DÖVLƏT YOL POLİS İDARƏSİNİN RƏİSİ, POLİS GENERAL-MAYORU
CƏNAB RAMİZ ZEYNALOVA.
Miq.Az saytının rəhbərliyinə
Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsində yaşayan 2-ci qrup hərbi əlil, Prezident təqaüdçüsü, ehtiyyatda olan mayor Novruzov Rövşən tərəfindən
Şikayət Ərizəsi
Hörmətli, Cənab Prezident !
Bildirmək istəyirəm ki, 12.01.2017-ci il tarixdə Bakı şəhəri, Səməd Vurğun küçəsi (2 saylı vəkillər kolegiyasının yanı) mənim idarə etdiyim 99AK041 nömrəli maşını yolun kənarında saxlayıb, səhətimdə olan problemlə bağlı dərman almaq üçün yaxınlıqda olan aptekə getdim, gəlib gördüm ki, maşının üzərində DYP müfətişi Ağayev Mirtural Mirkamal oğlu MMX 3892705 nömrəli pratakol tərtib edib, protokolu maşının üzərinə qoyub getmişdir.
Qeyd etmək istəyirəm ki, mən vətənim Azərbaycan uğrunda xidmətlərim zaman əlil olmuşam, mənə haqsızcasına yazılan protokol barədə polis polkovniki Vaqif Əsədovada zəng edərək məlumat verdim. Lakin mənim müraciətimə baxan olmadı, belə ki, həmin ərazidə minlərlə avtomobil saxlanmışdır, necə oldu düşmənlə təmas xətdində bir gün xidmətdə olmayan müfətiş Ağayev Mirtural Mirkamal oğlunun güçü tək mən hərbi əlilə çatdı.
Hesab edirəm ki, bu ədalətsizliyə son qoymaq lazımdır, müfətiş Ağayev Mirtural Mirkamal oğlu Daxili İşlər Nazirliyindən təcili kənarlaşdırmaq lazımdır, bu kimi insanlar barədə ciddi tədbir görmək lazımdır.
Cənab Prezident və Daxili İşlər Naziri hər bir çıxışında göstəriş verir ki, vətən uğrunda canını fəda edən əlillərə nəzakətlə qayğı ilə yanaşın, onsuz da onların ömrünün yarısı vətən uğrunda fəda ediblər, ancaq bu tələbə müfətiş Ağayev Mirtural Mirkamal oğlu məhəl qoymur, bu hərəkətləri ilə hegamonluq etdiyini bildirir.
Hörmətli, Cənab Prezident !
Xahiş edirəm bu haqsızlığa son qoyun, mənə yazılan 3892705 nömrəli yol hərəkətin pozulması haqqında protokolu ləgv edilməsinə, şəkildə qeyd edilən digər maşınlara protokol tərtib edilib və ya edilməməsi barədə araşdırma aparılmasına göstəriş verin və DYP müfətişi Ağayev Mirtural Mirkamal oğlu barədə ciddi tədbir görün.
Diqqətinizə görə Sizə öz minətdarlığımı bildirirəm.
Redaksiyadan: Şikayət məktublarınızı
[email protected] email adresinə göndərə bilərsiniz.
Miq.Az