ABŞ-da beyin əməliyyatı olan Türkiyənin tanınmış sənətçisi İbrahim Tatlısəs nəhayət ki, reanimasiyadan palataya yerləşdirilib.
Report xəbər verir ki, İbrahim Tatlısəsin vəziyyəti yaxşıdır. Bu barədə məlumatı şəxsi İnstaqram səhifəsində müğənninin özü paylaşıb.
Ağır əməliyyat keçirdiyini bildirən İbrahim Tatlısəs, hazırda yaxşı olduğunu və sevənlərinin duaları sayəsində sağ-salamat qaldığını vurğulayıb. Reabilatisa dövründən sonra Vətənə qayıdacağını deyən İbrahim Tatlısəs Fransada təyyarə qəzasında həlak olanların ailə üzvlərinə də, başsağlığı verməyi unutmayıb.
Türkiyə mətbuatının yazdığı digər xəbərdə deyilir ki, İbrahim Tatlısəs yaxın dostu, aktyor Aydəmir Akbaşla telefonla söhbət edib. Söhbət əsnasında Türkiyədə baş verən hazırki siyası vəziyyət, keçirilən Novruz bayramı şənlikləri ilə maraqlanan İbrahim Tatlısəs sevimli idman klubu Fənərbaxça barəsində ən son məlumatları soruşub.
Qeyd edək ki, ki, İbrahim Tatlısəs martın 9-da Mayamidə beynindən əməliyyat edilib. 5 saat sürən ağır əməliyyatdan sonra İ.Tatlısəsin başından 10 mm-lik sümük çıxarılıb.
Hazırda İbrahim Tatlısəs özünü normal hiss edir. Oğlu İdo Tatlısəsin köməkliyi ilə yeriməyə başlayan İbrahim Tatlısəsin nitqi düzəlib və telefonla danışa bilir.
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Bu gün Azərbaycanda Zəfər Günüdür