İctimai TV şou verilişlərinin yayımını 3 günlük dayandırdı

İctimai TV şou verilişlərinin yayımını 3 günlük dayandırdı

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Narkoloji dispanserdə 25 nəfərin ölümü ilə nəticələn yanğın hadisəsi baş verib.

Faciə ilə əlaqədar olaraq İctimai TV-nin yayımında dəyişiklik edilib.

Bütün şou və əyləncə xarakterli verilişlər proqramdan çıxarılıb.

Belə ki, həftəiçi hər gün yayımlanan "Həmişəki tərz” verilişi bu gün yayımlanmayıb.

Məsələ ilə bağlı İTV-nin Musiqi, əyləncə və xüsusi layihələr departamentinin rəhbəri, eləcə də adı çəkilən verilişin aparıcısı  Lamiyə Ələkbərqızı ilə əlaqə saxladıq.

O, məsələyə belə aydınlıq gətirib: "Bu gün Narkoloji dispanserdə baş verən faciə ilə bağlı nəinki aparıcısı olduğum "Həmişəki tərz”, o cümlədən İctimai televiziyanın efirində nümayiş olunan şou və əyləncəli verilişlərinin yayımı 3 günlük dayandırılıb. Faciədə dünyasını dəyişənlərin ailəsinə baş sağlığı verir və səbr diləyirik. Bu, hər birimizin acısıdır. Allah ölənlərə rəhmət eləsin”.

 Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az