İki həftə əvvəl 68 yaşlı qadını evində boğaraq öldürən şəxslər tutulub

İki həftə əvvəl 68 yaşlı qadını evində boğaraq öldürən şəxslər tutulub
Vətəninfo.az xəbər verir ki, Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, avqustun 26-da Şüvəlan qəsəbəsi Almaz İldırım küçəsi döngə 4, ev 16 A ünvanında yaşayan, 1947-ci il təvəllüdlü Həsənova Əzizə Şeydulla qızını yaşadığı mənzildə qətlə yetirən şəxslərin 1990-cı təvəllüdlü  Qədirov Muxtar Şahmar oğlu və 1989-cu il təvəllüdlü İsgərərov Rüfət Hümbət oğlu olmaları müəyyən edilib və onların hər ikisi saxlanılıb.

 Qeyd edək ki, Ə. Həsənovanın meyiti yaşadığı evdə aşkar edilib. O, boğularaq qətlə yetirilib.

Saxlanılan şəxslər cinayəti tamah məqsədi ilə törətdiklərini etiraf ediblər. 

 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az