İlyas İsmayılov vəfat ETDİ

İlyas İsmayılov vəfat ETDİ
İlyas İsmayılov vəfat edib.

Miq.az xəbər verir ki, bu barədə APA-ya yaxınları məlumat verib.

Qeyd edək ki, İlyas İsmayılov 1985-1990-cı illərdə Respublika prokuroru, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. Milli Məclisin III və IV çağırış deputatı olub. 2001-ci ildən Ədalət Partiyasına sədrlik edir.
 
 
****
 
Ədalət Partiyasının sədri, keçmiş baş prokuror İlyas İsmayılov 87 yaşında vəfat edib.

Miq.az xəbər verir ki, bu barədə Teleqraf.az-a onun yaxınları məlumat verib.

Siyasətçi fevralın 17-də müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib.

İ.İsmayılovun səhhətində xeyli vaxtdır problemlər vardı. Partiya lideri insult keçirmiş, daha sonra komaya düşmüşdü. Onun böyrəkləri də funksiyasını itirmişdi.

Qeyd edək ki, İsmayılov İlyas Abbas oğlu 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1985-1990-cı illərdə Respublika prokuroru, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. Milli Məclisin III və IV çağırış deputatı olub.

İ.İsmayılov 2001-ci ildən Ədalət Partiyasına sədrlik edib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az