Çin kosmosa yeni "süni Ay" peyki yollayacaq.
Miq.az yenicag.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Sinxua agentliyi yayıb.
Məlumata görə, ölkənin cənubundakı Sişuan əyalətinin Çinqdu şəhərində hazırlanacaq peykin müəyyən hissələrinin tikintisi 2020-ci ilə qədər başa çatacaq. Peyk günəş işığını Yer planetinə əks etdirmək üçün böyük güzgülərlə təchiz olunacaq.
Sözügedən peykdən 3 ədəd istehsal olunacağı bildirilir. Peyklərin 2022-ci ildə kosmosa göndərilməsi planlaşdırılır.
Çin Elmi Tədqiqat İnstitutundan bildirilib ki, peyklərə nəhəng güzgülər yerləşdiriləcək və bu peyklər 24 saat ərzində Yer planetində davamlı işıqlanmanı təmin edəcək.
Peykin Yer planetinə 500 km uzaq məsafədə yerləşdiriləcəyi bildirilib. Bununla da günəş işığının şiddəti nizamlanacaq və insanlar peyki adi bir ulduz kimi görəcək.
Sözügedən peyklərin təsərrüfat məqsədli qurulduğunu bildirən Çin rəsmiləri, bununla da elektrik enerjisinə maksimum dərəcədə qənaət edilməsinə nail olunacağını deyiblər. Eyni zamanda təbii fəlakətlərin baş verdiyi zonalarda elektrik enerjisinin məcburən kəsilməsi anında da peyklər vasitəsilə həmin nöqtələri işıqlandırmaq mümkün olacaq.
Çinlə yanaşı, Rusiya da daha əvvəl "süni Ay" proyektini sınaqdan keçirmiş, lakin müəyyən texniki nazaslıqlar səbəbilə müvəffəqiyyət qazana bilməmişdi.
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”
Rəsmi Bakı CNN-in yaydığı məlumatları rədd etdi – Bəyanat
"Salamat yeri yox idi, pulqabını meyitin üstünə atmışdı" - Gülüzarın qardaşı
Azər Həsrət: “Cəhalət, xurafat tərəfdarı olanlar nə düşünməyə, nə də sorğulamağa imkan verir”
İqbal Ağazadə: “Qaz, işıq limiti ləğv edilməlidir”
Həbsxanada özünə ad günü edən general - DOSYE