İnsanların yol xəritəsi… və yaxud Allahın qorxduğu adamlar

İnsanların yol xəritəsi… və yaxud Allahın qorxduğu adamlar

Aydın Canıyev

Həzrət Məhəmməd peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm) deyirdi ki, insanlar dünyaya niyə gəldiklərinin nədənini bilsəydilər, heç gülməz, göz yaşları dayanmazdı!
Sonra da demişdi ki, insanlar namazın fəzilətini bilsəydilər, səcdədən durmazdılar!

"Elmin şəhəri”nin "elmin qapısı” titulu ilə şərəfləndirdiyi həzrəti-Əli isə bu dünyanı anlamaq üçün o boyda "Nəhcül-bəlağə” yazmışdı, üstəlik də əlavə etmişdi: "mən bu dünyanı üç dəfə boşadım”.

Üstünüzə sağlıq, üstəlik də sizin sağlığınıza, deyim ki, axır vaxtlar canıma girən... bu qripfason hər nədirsə, məni vəhy halına çatdırır – sayıqlama da saymaq olar, vəhy də, vəhy olmasa da, bəd ayaqda dialektik materializmə aid nəsə bir şey.

Əlqərəz, məxləs, müxləs, iş bu ki...

İnsanın dünyaya gəliş, yaşam prinsipləri, gediş trayektoriyasını ehtiva edən yol xəritəsinə ciddi-ciddi baxın.
Siz olan və olmayan Allahınız, heç yoldu? Heç adını çəkirik ki, hardan və necə gəlirik?
Siz o olan və olmayan Allahınız, bu dünyada insanın nəyə görə sevgi hissi yaşadığının fərqinə varırsınız?
Ayə, o olan və olmayan Allahınıza qurban, bu Yer üzündə  nəyin üstündə savaşları göz önünə gətirə bilirsinizmi?
Çox qısa və lakin üçcə suala görə bu dünyanı çox rahat boşamaq olar!

Özü də lap birinci dünyanı boşamaq lazımdı, özünü ağıllı aparmayanda saçını da qırxmaq olar dünyanın, bir az da hay-küy salanda, götürüb 17-ci mərtəbədən atmaq vacibdi!
15 milyard ildi heç kim bunu etmir!
Bu dünyanı boşayın və rahat olun.
Çünki bu dünya hətta Allahın qorxduğu adamlarla doludu.

SÖZARASI: Xahiş edirəm, qızışmayın, Allahın canfədailəri, vəkilləri roluna girməyin! Bu dəqiqə izahını verirəm.

Deməli, əbədi, əzəli, əzəmətli Allah adamları "Dardanel boğazı” vasitəsiylə bura transfer edəndə söz verib ki, faili-muxtarsan, nə istəyirsən elə, amma unutma ki, son söz yenə mənimdi, etimadı qazansan mükafatlanacaqsan, əks halda, qır qzanı səni gözləyir.

Allaha verdiyi sözü unudan, tutmayan adamların məmləkətində bu 15 milyard ildə Neron da olub, Kaliqula da! Biz gop və asqıraq xoşlayanlardanıq, amma Cənubi Amerika xalqlarında qəhrəmanlıq nağıllarında motivlər tamam fərqlidi. 1980-ci illərin əvvəllərində"Cənubi Amerika xalqlarının nağılları”adlı bir kitab çıxmışdı, orada nağılların birində qəbilə cəngavəri Allaha ox atırdı. Oxun qabağını əvvəl balıqla (balıq süfrəyə gələn yeganə canlıdı ki, başı kəsilmir – o oxun qabağını almağa görə), sonra Ayla (müəyyən dövrdən sonra parçalanmış Ay bütövləşməklə yaddaşa mesaj verilir – cəngavərin oxu hədəfə çatmaq sürətindəydi), axırda Günəşlə alan (Allaha asi olanı əridəcək dəbilqə qismində) Allah dördüncü cəhdə imkan vermir, Mingəçevirdən "rubilnik”i kəsir!

Müəllim deyirdi ki:

- Yer üzü insanlıq sayıla biləcək şüurlu varlıqların 6 planetindən beşincisidir. Amma və lakin... ən yaxşısı deyil, nisbətən yaxşısıdır.
Bizdən bərbad olanlarının birində cəmi iki xalq var – eynən erməni-türk münasibətində, o birisində hələ də əncir yarpağıyla gəzirlər,  təkcə birində insanlar bir-birini baxışdan anlayır. Hesab edin ki, Hollandiya, Almaniya türməsi də.
Bəli, biz türmədəyik, Quantanamo da demək olar, Auşvils də, nə bilim, Sibir sürgünü də.
Bunları anlamamaq da olar. Anlasaq da dünyanı boşamağa, saçını qırxmağa, 17-ci mərtəbədən atmağa bəs eləmir.
Bəs eləyən bu olacaq ki, fərqinə varaq: hətta Allahın qorxduğu məkanda biz gülə biliriksə, səcdədən qalxırıqsa, üstəlik də dünyanı boşamırıqsa, hələ də... yer adamı olaraq qalırıq. Çünki "yol xəritəsi”nə baxıb iyrənmirik.
Allah istəsəydi, biz ayrı yollarla da gələ bilərdik, sevgi hissimiz ayrı nəsnələrə görə də yarana bilərdi!
Dünyada o qədər gözəl yollar var ki, bir dəfə getmisənsə, ikinci, üçüncü dəfə də gedə bilərsən, amma bu dünyaya gəlməyin bir yolu var və adını belə dilə gətirmək ayıb olur!
... İnsan onun bu dünyayla bağını qıracaq, yolunu bitirəcək fikrə gəlməyincə, zülm içində olacaq. Düşünmək lazımdı o fikrə gəlmək və qurbanolduğumu inandırmaq üçün.
Mütləq elə bir fikir var!
O fikir də eynən Azərbaycan xalqını ayağa qaldıra biləcək fikir kimidi.
25 ildir o fikri heç bir siyasətçimiz səsləndirə bilmir!
15 milyard ildir insanlar bu dünyaya o yolla gəlməmək üçün lazım olan fikri düşünə bilmir!
Hannibal ante portas – düşmən astanadadır!
Biz isə silahsız-fikirsiz...

Miq.Az






İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az