İrandan ABŞ-a sərt xəbərdarlıq: Qisas ağır olacaq!

İrandan ABŞ-a sərt xəbərdarlıq: Qisas ağır olacaq!

İran SEPAH-ın Qüds briqadasının komandanı Qasım Süleymaninin öldürülməsinə görə ABŞ-dan qisas alacaq.

Bunu SEPAH-ın keçmiş rəhbəri, İran Ali Dini lideri yanında Məsləhət Şurasının katibi Möhsün Rzayi deyib.

"Qasım Süleymani şəhid ölümüylə öz qardaşlarına qatılıb. ABŞ-dan ağır qisas alacağıq”, - deyə o bildirib.

İran prezidentinin müşaviri Hüsaməddin Aşna ABŞ-ın özü üçün Yaxın Şərqdə təhlükəli situasiya yaratdığını söyləyib. O, ABŞ bu situasiyanın nəticələrinə hazır olmalı olduğunu deyib.

Qeyd edək ki, Süleymani bundan öncə Bağdad hava limanına endirilən raket zərbələri nəticəsində öldürülüb. Onunla bərabər Haşdi Şabi qruplaşmasının yüksək vəzifəli üzvləri də qətlə yetiriliblər./Axar.az/

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az