İranı parçalamaq üçün 2 strateji plan – Fransız ekspertdən şok iddia

İranı parçalamaq üçün 2 strateji plan – Fransız ekspertdən şok iddia
İngiltərə və ABŞ ayrı-ayrılıqda neft ehtiyatlarını ələ keçirmək üçün İranı parçalamağı planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bunu fransalı hərbi ekspert Terri Meyssan deyib.
Ekspertin fikrincə, ABŞ-ın İranla bağlı bir neçə məqsədi var:
"Vaşinqtonun İranla bağlı iki məqsədi var. Birinci məqsədi Əfqanıstan, İraq və Liviyada olduğu kimi dövlət quruluşunu dəyişmək və ölkəni Suriyaya çevirməkdir. Bu, bir Ramsfeld-Zebrovski strategiyasıdır.
İkinci hədəf, İranın karbohidrogen resurslarının ixracatını nəzarətdə saxlamaq və dünya bazarını idarə etməkdir. Bu da Tramp-Pompeo strategiyasıdır. Bu səbəbdən ABŞ-ın nüvə proqramı üzərində yaradılan gərginlik axmaqlıqdan başqa bir şey deyil”.
Meyssanın fikrincə, ABŞ və İngiltərə arasında İranla bağlı mövcud qarşıdurmanın tarixi presedentləri var: "Amma amerikalılar 1956-cı il Süveyş böhranı zamanı olduğu kimi Londondan uzaqlaşa bilər”.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az