Kamal Kılıçdaroğlu AKP ilə koalisiya şərtini açıqladı
Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu Ədalət və İnkişaf Partiyası (AKP) ilə koalisiya hökuməti üçün "qanunsuzluqların üzərinə gedilməsini” şərt qoydu. Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, Kılıçdaroğlu deyib: "Hesab istəməmək CHP-ni bağlamaq kimi bir şey olar”.
CHP lideri koalisiya hökuməti qurulması ilə bağlı danışıqlarda mövqelərini açıqladıqlarını da vurğulayıb: "Biz prinsiplərimizi elan etdik. İndi top, bizim yox, AKP-nin sahəsindədir. AKP-nin bu fikirlərimizi nə dərəcədə qəbul edəcəyi və ya etməyəcəyinin fərqindəyik. Bizim başqa planımız yoxdur”.
AKP ilə koalisiyaya isti baxmayan bəzi partiyaların narahatlığını də qiymətləndirən CHP lideri bu ifadələri işlədib: "AKP ilə bir koalisiya hökuməti qurulması halında, qanunsuzluqların üstünə getməmək kimi bir şey əsla mövzu ola bilməz. Bu məsələdə kimsə tərəddüd və narahat olmasın”.
Vətəninfo.az